Cəlilabad rayon Muğan kənd sakini Əliqismət Qasımov 2010-cu ildən şizofreniya xəstəliyindən əziyyət çəkdiyini bildirib.
Məcra TV-yə müsahibəsi zamanı o, dəfələrlə müraciət etməsinə baxmayaraq əlillik dərəcəsi ala bilmədiyini deyib. Yaşlı, xəstə ata-anasıyla birlikdə yaşadığını deyən Ə.Qasımov hətta ötən il bununla bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyində həkim qəbulunda da olduğunu bildirib. Onun sözlərinə görə həkim Ə.Qasımovun xəstəlik sənədlərini nəzərdən keçidib və onun təyin edilən dərmanları qəbul etdiyinə inanmadığını deyərək xəstəyə ilginc cavab verib.
Əliqismət Qasımov məsələylə bağlı Ölkə başçısı Cənab İlham Əliyevdən və Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən kömək istəyib. O, əgər müraciətlərinə baxılmasa, bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gələcəyini və rəhbər şəxslərlə görüşmək niyyətində olduğunu deyib.
Ə.Qasımovun əlaqə nömrəsi: 051-751-23-06
Daha ətraflı Məcra TV-nin təqdim etdiyi süjetdə: