30 manata görə 4 uşaq atasını öldürdü – Gəncədəki qətlin TƏFƏRRÜATLARI

XƏBƏR XƏTTİ
“Ata, sən tikdiyin evdə yatıram…” – Vasif Əlihüseynin atasına yazdığı şeir•Sabiq vəzifəli şəxs vəfat etdi•Qəfil ölümlər artır, səbəblər isə araşdırılmır: Statistika niyə aparılmır?•29 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Vilyam Hacıyev danışdı – Azadlıqda ilk fotosu•Cəlilabadda tanınmiş şair vəfat etdi – FOTO•Cəlilabadda müəllimlərlə görüş keçirildi – FOTOLAR•Prezidentdən Əhməd Vəliyevlə bağlı – Sərəncam•“Ata, sən tikdiyin evdə yatıram…” – Vasif Əlihüseynin atasına yazdığı şeir•Sabiq vəzifəli şəxs vəfat etdi•Qəfil ölümlər artır, səbəblər isə araşdırılmır: Statistika niyə aparılmır?•29 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Vilyam Hacıyev danışdı – Azadlıqda ilk fotosu•Cəlilabadda tanınmiş şair vəfat etdi – FOTO•Cəlilabadda müəllimlərlə görüş keçirildi – FOTOLAR•Prezidentdən Əhməd Vəliyevlə bağlı – Sərəncam•

Gəncədə 37 yaşlı kişinin qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Məcra.az APA-ya istinadla bildirir ki, qətlə yetirilən 1987-ci il təvəllüdlü Vasif Həsənovun hadisəni törədən 1996-ci il təvəllüdlü Yaqub Həsənova 30 manat borcunun olduğu, qətlin bu səbəbdən baş verdiyi bildirilir.

Məlumata görə, buna görə Yaqub Həsənov ötən gün Vasif Həsənovun yaşadığı ünvana gələrək ona zəng edib və çölə çağırıb. Bu zaman onların arasında mübahisə yaranıb.

Mübahisə zamanı Yaqub Həsənovun Vasif Həsənovun qarın nahiyəsinə bıçaqla vurduğu bildirilir.

Vasif Həsənov xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Qətlə yetirilən 37 yaşlı V.Həsənov ailəli olub, 4 övladı var.

***
25.01.2024

Saat: 23:01

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Vasif Həsənovun kəsici-deşici alətlə xəsarət yetirilərək qətlə yetirilməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.

Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 1996-cı il təvəllüdlü Yaqub Həsənov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir
***

22.36

Gəncədə qətl hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, şəhər sakini, 1987-ci il təvəllüldü Vasif Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt