9 illik məhkum edilən hakim narazıdır – Şikayəti özü yazdı

XƏBƏR XƏTTİ
“Ata, sən tikdiyin evdə yatıram…” – Vasif Əlihüseynin atasına yazdığı şeir•Sabiq vəzifəli şəxs vəfat etdi•Qəfil ölümlər artır, səbəblər isə araşdırılmır: Statistika niyə aparılmır?•29 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Vilyam Hacıyev danışdı – Azadlıqda ilk fotosu•Cəlilabadda tanınmiş şair vəfat etdi – FOTO•Cəlilabadda müəllimlərlə görüş keçirildi – FOTOLAR•Prezidentdən Əhməd Vəliyevlə bağlı – Sərəncam•“Ata, sən tikdiyin evdə yatıram…” – Vasif Əlihüseynin atasına yazdığı şeir•Sabiq vəzifəli şəxs vəfat etdi•Qəfil ölümlər artır, səbəblər isə araşdırılmır: Statistika niyə aparılmır?•29 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Vilyam Hacıyev danışdı – Azadlıqda ilk fotosu•Cəlilabadda tanınmiş şair vəfat etdi – FOTO•Cəlilabadda müəllimlərlə görüş keçirildi – FOTOLAR•Prezidentdən Əhməd Vəliyevlə bağlı – Sərəncam•

Rüşvət müqabilində qanunsuz qərardad çıxarmaqda təqsirli bilinərək məhkum edilmiş sabiq məhkəmə hakimi İlyas Mahmudov hökmdən narazı qalıb.

“Qafqazinfo”nun məlumatına görə, keçmiş hakim bəraət tələbi ilə apellyasiya şikayəti verib.

Müttəhimin özünün istintaq təcridxanasında yazdığı şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləmiş İlyas Mahmudov 2022-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mahmudov verilmiş ittihamla təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt