2024-cü ildə Azərbaycan sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və bununla da, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi nəzərdə tutulur.
Məcra.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2024-cü ilin icmal və dövlət büdcəsinin layihəsində bildirilib.
Məlumata görə, maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsinin 10 %-dən 15 %-ə qaldırılması, kredit təşkilatlarının ödənilməyən borclar müqabilində balansa götürdüyü girov əmlakların əmlak və torpaq vergilərindən müddətli azad edilməsi, turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriya) əmlak vergisi üzrə vergi təşviqinin verilməsi planlaşdırılır. “Unikal”