Əmisi itkin düşdü, özü isə şəhid oldu-Hərbçimizin ağrılı həyat hekayəsi-FOTO

XƏBƏR XƏTTİ
Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı – VİDEO – FOTOLAR•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•Lerikdə zəlzələ oldu•İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə bağlı paylaşım•Tovuzda iki məktəblini maşın vurdu•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı – VİDEO – FOTOLAR•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•Lerikdə zəlzələ oldu•İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə bağlı paylaşım•Tovuzda iki məktəblini maşın vurdu•

Əmisi itkin düşdü, özü isə şəhid oldu-Hərbçimizin ağrılı həyat hekayəsi

Azərbaycan Ordusunun apardığı antiterror əməliyyatı zamanı ordumuzun müddətdən artıq hərbçisi Hüseynov Ramazan Həmdulla oğlu qəhrəmancasına şəhid olub.
Şəhidimiz bu gün doğulduğu kənddə böyük izdihamla dəfn edilib.

Ədalət.az-ın əməkdaşı şəhid hərbçimizlə bağlı maraqlı faktları əldə edib. Yaxınlarının bildirdiyinə görə birinci Qarabağ savaşı zamanı Ramazanın atası Həmdulla, əmiləri Hilal və Araz Hüseynovlar döyüşə yollanıblar.

Həmdulla və Araz döyüşdən yaralı qayıtsa da, Hilal itkin düşüb və 2001-ci ildə ona şəhidlik statusu verilib. Şəhidimiz Ramazan və kiçik qardaşı Eldəniz isə 44 günlük Vətən müharibəsində iştirak ediblər. Eldənizin döyüşlər zamanı qəlpə bir barmağını aparıb.
Hüseynovlar ailəsi bütövlükdə Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə daim iştirak ediblər.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin, şəhidimizin ailəsinə səbr versin.

Vasif Əlihüseyn

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt