Erməni təxribatları rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. Yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır. İşğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır.
Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir. Vətən Müharibəsindən ötən illər ərzində Ermənistan Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətini davam etmişdir. Belə ki, üçtərəfli bəyanatın müddəaları təmin edilməmiş, Ermənistan silahlı qüvvələrinin birləşmələri ərazilərimizdən çıxarılmamışdır.
Qanunsuz Ermənistan silahli qüvvələri Azərbaycana qarşı təxribatlarının layiqli cavabını aldılar. Bu qələbə qəhrəman əsgərlərimizin fədakarlığı sayəsində mümkün oldu. Eyni zamanda bir əsas üstünlüyümüzi də qeyd etmək istəyirəm. Azərbaycan azad, çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq.
Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri İkinci Qarabağ müharibəsi zamanı bir yumruq kimi birləşdi – Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda.
Lokal antiterror tədbirimizdə Qələbəmiz ölkədə həmrəylik mühitinin və siyasi sabitliyin qorunmasının müstəsna əhəmiyyətini göstərir. Azərbaycanın məqsədi bölgədə sülhün təmin olunmasıdır. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Həmçinin beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir.
Abdul Rzayev,
Cəlilabad şəhər 9 saylı tam orta məktəbin direktoru