Dörd il əvvəl Baş nazir postundan gedən Novruz Məmmədov vəzifədə olduğu illərlə, çalışdığı qurumla bağlı müsahibə verib.
“Qafqazinfo” xəbər verir ki, “R TV” internet kanalına danışan keçmiş Baş nazirin sözlərinə görə, heç bir zaman vəzifə xiffəti çəkməyib.
Dəfələrlə təklif olunan vəzifələrdən imtina ediyini deyən sabiq baş nazir qeyd edib ki, vəzifədə olduğu müddətdə qarşısında diz çöküb əlaqə qurmaq istəyənlər olub: “Mən vəzifədə olanda hətta qarşımda diz çöküb mənimlə əlaqə qurmaq istəyənlər olub. Onlardan bəziləri indi də vəzifədədilər. Mənə “xahişə gələnlər” az idi, çünki bilirdilər ki, elə işlərlə məşğul olmuram. Pul müqavilində “müxtəlif işlər” görənləri işdən çıxarmışdım”.
N.Məmmədov vurğulayıb ki, bütün nazirlərdən “aylıq” alanlar var idi: “Öyrənmişdim ki, bütün nazirlərin üzərinə “haqq” qoymuşdular. Mən vəzifəyə gələndən sonra bu işlərlə məşğul olan 1-2 nəfərə dedim ya özünüz ərizənizi yazın çıxın, ya da mən cəzalandırıb çıxaracam. Sakit gəlib ərizələrini yazıb çıxdılar”.
Qeyd edək ki, N. Məmmədov 2018-2019-cu illərdə Baş nazir vəzifəsində çalışıb. 2019-cu ildə Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru təyin olunub.