Edilli kəndində nəşi aşkarlanan şəhidimiz dəfn edildi-FOTO

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Otuz il əvvəl Füzuli rayonu uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Hüseynov Əli Heydər oğlunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzulinin Yağlıvənd kəndində torpağa tapşırılıb.

“Qafqazinfo” xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər.

Qeyd edək ki, Hüseynov Əli Heydər oğlu 1968-ci il avqust ayında Füzuli rayonu Yuxarı Yağlıvənd kəndində doğulub. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. 1993-cü ilin avqustunda Füzulidə gedən döyüşlər zamanı itkin düşüb. Ötən illər ərzində isə ailəsi ondan heç bir xəbər ala bilməyib. Hüseynov Əli Heydər oğlunun nəşinin qalıqları keçən il Xocavənd rayonunun Edilli kəndi ərazisində tapılan 12 şəxsin basdırıldığı üçüncü kütləvi məzarlıqda aşkar edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt