Azərbaycandakı yeganə kolxoz ləğv edilə bilər

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Ötən günlərdə sosial şəbəkələrdə İsmayıllının İvanovka kəndində sakinlərin etiraz aksiyası keçirməsi barədə görüntülər yayılıb. İddialara görə, tarixi kəndin bir qrup sakini kolxoz sədrinin özləri tərəfindən seçilməsini istəyirlər. 

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən İsmayıllı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Mehman Zeynalov kənd sakinləri ilə görüş keçirildiyini bildirib.

“İvanovka bizim ən dəyərli kəndlərimizdən biridir. Vətəndaşların mövqeyi dinlənilir. Yaxın vaxtlarda narahatlıqları sona yetəcək. Bununla əlaqədar icra başçısı ilə görüşüblər. Heç bir narahatlıq yoxdur”, – o vurğulayıb. İcra Hakimiyyətinin rəsmisi qeyd edib ki, vətəndaşların narazılıqlarını sona yetirmək üçün kənddə seçki keçirilə bilər.

Ancaq bəzi sakinlərin tələbi yalnız seçkilərin keçirilməsi deyil. Onlar kolxozun ləğv edilməsini və torpaqların kənd sakinlərinə paylanmasını tələb edir.

Qeyd edək ki, İvanovka sovet dövründən ölkədə qalan sonuncu kolxoza ev sahibliyi edir. 3 minə yaxın əhalisi olan kənddəki kolxozun hazırkı sədri Vasili Novoseltsevdir. O, 2015-ci ildən bu postu tutur. Kəndin kolxozu İvanovkaya 41 il rəhbərlik edən Nikolay Nikitinin adını daşıyır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt