Şahbaz Xuduoğlu: “Kitabı gündəlik həyatımızın mərkəzinə qoymalıyıq…”

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

“Əslində baxsanız, kitaba münasibət əvvəlki illərdəki kimi deyil. İndi kitaba münasibət xeyli dəyişib. Regionlarda, parklarda kitab sərgiləri keçirilir. Həm də dövlət səviyyəsində tədbirlər təşkil edilir”

Bunu Adalet.az-a açıqlamasında “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu Beynəlxalq Kitabsevərlər Günü münasibəti ilə danışarkən deyib. Ş.Xuduoğlu kitabları gündəlik həyatımızın mərkəzinə qoymalı olduğumuzun vacibliyini vurğulayıb: 

“Nəşriyyatlar özləri də parklarda kitab yarmarkaları təşkil edirlər. Yəni nə qədər çox tədbirlər keçirilirsə, kitaba tələb bir o qədər də artır. Məncə, gələcəkdə daha da yaxşı olacaq. Yaxşı olar ki, kitab təqdimatlarına, müzakirələrinə təhsil ocaqlarımız, eyni zamanda kitabxanalarımız da yer ayırsınlar. Yəni kitab müzakirə olunduqca, haqında danışdıqca o bizim həyatımıza, evimizə gəlir. Əksinə, gözdən uzaqda saxladıqca isə biz də ondan uzaq oluruq. Bu mənada kitabı hər vasitədən istifadə edərək gündəlik həyatımızın mərkəzinə qoymalıyıq”.

Qeyd edək ki, bu gün-9 Avqust Beynəlxalq Kitabsevərlər günüdür. Bu möhtəşəm gün ilk olaraq Amerika Birləşmiş Ştatlarında qeyri-rəsmi olaraq Milli Kitab günü kimi qeyd olunmağa başlamış, daha sonra bütün dünyaya yayılmışdır. Bu bayramı yazıçılar, şairlər, nəşriyyatçılar, kitabxanaçılar və əlbəttə ki, oxucular qeyd edir – o şəxslər ki, kitab məhz onlar üçün yaradılır. Hətta Hermann Hesse belə yazır: “Əslində hər bir əsl oxucu həmişə kitabsevərdir. Axı əgər sən bir kitabı bütün qəlbinlə sevməyi bacarırsansa, ehtimal ki, ona mülki olaraq sahib olmaq istəyəcəksən, təkrar oxumaq və əmin olmaq istəyəcəksən ki, o həmişə səninlədir və heç yerə getməyəcək”.

Vasif Əlihüseyn

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt