Qırğız Respublikasını Prezidenti Sadır Japarovun səfəri iki ölkə münasibətlərinin inkişaf etməsi baxımından olduqca vacibdir. Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması göstərdi ki, strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.
Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini dəstəkləyir.
Prezidentlər arasında təkcə gündəlikdə duran ikitərəfli məsələləri deyil, həm də bütövlükdə daha geniş mənada planları ətraflı müzakirə etmək, gələcəyə baxışlar barədə danışmaq fürsəti olub. Qırğızıstan Prezidentinin Qırğız cəmiyyətinin hara gedəcəyi – sülhə, təhlükəsizliyə, milli köklərə, ortaq türk köklərinə bağlılıq barədə dəqiq anlayışı var. Bütün bunlar Azərbaycanda böyük hörmətlə qarşılanır, həmçinin Azərbaycan xalqının dahi övladlarının xatirəsinə göstərilən diqqətə bərabər tutulur.
Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda səsləndirilən fikirlər iki qardaş xalqın gələcək işıqlı perspektivlərindən xəbər verir. Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq artıq reallıqdır və bu tərəfdaşlıq hər gün yeni məzmunla zənginləşdirilir. Dölətimizin başçısı demişdir: “Çox şadam ki, biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik. Ticarət dövriyyəsinin dəfələrlə artmasına dair bu gün rəqəmlər səsləndirildi. Amma potensialın artması tendensiyası mövcuddur. Biz həmçinin Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondunu 4 dəfə – 25 milyon dollardan 100 milyon dollara qədər artırdıq. Bizə məruzə edildi ki, Qırğızıstanda investisiya layihələrinin həyata keçirilməsi üçün fonda 40-dan çox müraciət daxil olub. Ona görə də düşünürəm ki, 100 milyon dollar da son hədd deyil”.
Sadir Japarov da iki ölkə arasında əlaqələri yüksək qiymətləndirib: “Bakı şəhərində Qırğız Respublikasının Azərbaycan Respublikasında keçirilən Mədəniyyət Günləri ilə möhkəmlənən mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyətlə bağlı məmnunluq ifadə etdik. Dünyaşöhrətli məşhur yazıçı, qırğız xalqının və Türk dünyasının oğlu, Azərbaycan xalqının dostu Çingiz Aytmatovun xatirəsinin yad edilməsinə görə Azərbaycan tərəfinə dərin minnətdarlığımızı bildiririk”.
Biz vətəndaşlar qardaş xalqlar arasında mədəni-humanitar əməkdaşlıqdan, iqtisadi qarşılıqlı fəaliyyətdən, nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətdən, yüksək texnologiyalar sahəsində əlaqələrdən tam razıyıq.
Məmmədzadə Əliyev,
Cəlilabad Rayon İcra Hakimiyyəti
başçısı aparatının Hüquq şöbəsinin müdiri