“Hazırda işdəyəm…”-Saxlanma xəbəri yayılan birinci müavin…

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Xəbər verdiyimiz kimi dünən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçiriblər.

Məcra.az xəbər verir ki, əməliyyat zamanı Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının və Cəlilabad Şəhər Bələdiyyəsinin sədri Mehdi Kərimov, Cəlilabad İcra Hakimiyyətinin baş memarı Sahil Qənbərli və Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Səttar Heydərov saxlanılıb.

Bu gün səhər saatlarında yayılan xəbərlərdə Cəlilabad icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyevin də saxlanma xəbəri yayılıb.

Məcra.az-ın əməkdaşı Qalib Xudaverdiyevlə əlaqə saxlayıb və o, açıqlaması zamanı hazırda işdə olduğunu və yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. Həmçinin bu gün icra başçısı Rafiq Cəlilov rayonda aparılan abadlıq-quruculuq işləri ilə tanış olarkən Qalib Xudaverdiyev də onun yanında olub.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt