Şağan bələdiyyəsinin sədrinə cinayət işi açıldı

XƏBƏR XƏTTİ
Bakını bir-birinə qatan sürücüyə 45 sutka həbs verildi – VİDEO•DTX kriminal şəbəkənin rəhbərini həbs etdi – FOTO•Azərbaycanda müəllimi maşın vurub öldürdü•Nazir ona sərt xəbərdarlıq edən əsgəri mükafatlandırdı – VİDEO•Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•İctimai nəqliyyatda YENİLİK: SABAHDAN…•Türkiyədə helikopter qəzaya uğradı – 4 hərbçi həlak oldu•Bakını bir-birinə qatan sürücüyə 45 sutka həbs verildi – VİDEO•DTX kriminal şəbəkənin rəhbərini həbs etdi – FOTO•Azərbaycanda müəllimi maşın vurub öldürdü•Nazir ona sərt xəbərdarlıq edən əsgəri mükafatlandırdı – VİDEO•Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•İctimai nəqliyyatda YENİLİK: SABAHDAN…•Türkiyədə helikopter qəzaya uğradı – 4 hərbçi həlak oldu•

Xəzər rayonu, Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb.

Məcra.az “Qafqazinfo”ya  istinadən verdiyi xəbərə görə, təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqada və külli miqdarda dələduzluqda təqsirləndirilirlər.

Sevinc Atayeva Cinayət Məcəlləsinin 320-ci (saxta sənəd hazırlama), Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşan Xanlarov 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar. Onların hər biri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt