“O, çox cəsur, vətənpərvər, qorxmaz bir insan idi…”– Vəfat edən qazimizin döyüş yoldaşı…

XƏBƏR XƏTTİ
Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•İctimai nəqliyyatda YENİLİK: SABAHDAN…•Türkiyədə helikopter qəzaya uğradı – 4 hərbçi həlak oldu•Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•İctimai nəqliyyatda YENİLİK: SABAHDAN…•Türkiyədə helikopter qəzaya uğradı – 4 hərbçi həlak oldu•Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•

Xəbər verdiyimiz kimi Vətən müharibəsi qazimiz kapitan İlham Dadaşov uzun sürən xərçəng xəstəliyindən sonra 48 yaşında vəfat edib. 

Adalet.az xəbər verir ki, mərhum bu dəqiqələrdə doğulduğu Cəlilabad rayon Günəşli kəndində böyük izdihamla dəfn edilib.

Əməkdaşımızla söhbəti zamanı İlham Dadaşovun döyüş yoldaşı, Vətən müharibəsi iştirakçısı, Baş-leytenant Ağaxan Ağayev döyüşdən sonra  onda xərçəng xəstəliyinin aşkar edildiyini bildirib:

“İlham çox cəsur, vətənpərvər, qorxmaz bir insan idi. Ehtiyatda olan zabit idi və biz hər ikimiz Müdafiə Nazirliyinin əmri ilə döyüşə yollanmışdıq. İlham Dadaşov bir çox uğurlu əməliyyatlarda iştirak edib. Döyüşlərin birində isə ağır yaralandı və ordudan tərxis olunandan sonra onda xərçəng xəstəliyi aşkar edildi. O, bu xəstəliklə də bir neçə il mübarizə apardı, əməliyyat olundu, amma sonda qəhrəman döyüşçümüz dünyasını dəyişdi. Hazırda onun dəfn mərasimindən qayıdırıq. İlhamla birlikdə çox maraqlı döyüş xatirələrimiz var. Allah ona rəhmət eləsin”-deyə Ağaxan Ağayev bildirib.

Vasif Əlihüseyn

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt