Bu günlərdə Dünyanın BMT-dən sonra ən nüfuzlu təşkilatı olan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilib. Öncədən qeyd edək ki, Qoşulmama Hərəkatının ideyası 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında formalaşıb. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub. Hazırda qurumda 120 üzv, 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat təmsil olunur.
Müstəqil siyasəti ilə tarixi Zəfərinə yol açan Azərbaycan yaşadığı bərpa və quruculuq dövründə yalnız dost ölkələrin yanında olmasını, onların iştirakı ilə nəzərdə tutulan işlərin başa çatdırılmasını istəyir. Bu da təbiidir. Bu baxımdan ki, həqiqət anı kimi dəyərləndirdiyimiz Vətən müharibəsindən sonra da dünyanın supergücləri ikili siyasətlərindən əl çəkə bilmir, fürsət düşdükcə işğalçı Ermənistana dəstək göstərir, yenə də qərəzli yanaşma ilə üz-üz qalan Azərbaycan olur.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dünyadakı reallıqlar və yeni çağırışlar fonunda qurumun beynəlxalq miqyasda rolunun artmasına diqqət çəkərək vurğulayıb ki, biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk.Bu da onu sübut edir ki, Azərbaycan qısa müddət ərzində Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazanıb.
Cənab Prezidentin başçılığı ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu daxili və balanslaşdırılmış xarici siyasət həm regional, həm də beynəlxalq müstəvidə mövqeyimizin möhkəmlənməsini daha da sürətləndirərək bizi yeni-yeni qələbələrə doğru ruhlandırmaqdadır. Bu realliqlar bir vətəndaş kimi xalqımızı, ölkəmizin hər bir vətəndaşını sevindirir, Vətənin yüksəlişi yolunda yeni-yeni qələbələrə ruhlandırır.
Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyi çox qiymətlidir. Nazirlər görüşünün yekun Sənədlərində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq. Bütün bunlar ölkəmizin beynəlxalq aləmdə nüfuz və hörmətinin yüksəldiyindən xəbər verir. Biz, bu sahədə Prezident İlham Əliyevin səylərini ürəkdən alqışlayırıq.
Xudayar Sultanlı,
ADPU Cəlilabad filialının direktoru, YAP fəalı