Bakıda II Türk Dünyası Kitab və Ədəbiyyat Festivalının bağlanış mərasimində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva II Türk Dünyası Kitab və Ədəbiyyat Festivalının keçirilməsini kitab mədəniyyətinin təbliğində, Türk xalqlarının bir birine yaxınlaşmasında vacib rol oynadığını qeyd edib.
G. Əfəndiyeva Fond tərəfindən Türk ölkələrinə həsr edilən günlər çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanla bağlı müxtəlif məzmunlu tədbirlərin təşkilindən danışıb. Daha sonra Fondun təşkilatçılığı ilə baş tutan “Saqınbaydın Manası”, Süleyman Çələbinin “Mevlid” kitablarının təqdimat mərasimləri, Çingiz Aytmatovun “Ana tarla” əsəri əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı tamaşanın nümayişi, “Qazax ədəbiyyatı günü”, “Qırğız ədəbiyyatı günü”, “Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı”, “Əlişir Nəvai inciləri”, “Mikloş Radnoti və macar poeziyası” adlı tədbirlərdə fəal iştirak edən şəxslərə təşkilatın diplomları verilib. Həmçinin festivalın rəhbəri, şair Xəyal Rza Fondun xüsusi plaketi ilə təltif olunub.