Şəhid bulağı suya ehtiyacı olan insanlara çox kömək edir – FOTO

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı hərbçimiz Həsən Turan oğlu Dəmirovun adına Şəhid bulağı inşa edilib. 

Məcra.az xəbər verir ki, Şəhid bulağı şəhidimizin böyük qardaşı Xaqani Dəmirov tərəfindən tikilib. Artıq iki ildir ki, sakinlərin istifadəsinə verilən Şəhid bulağından hər gün su daşınır, insanlar burdakı sudan istifadə edib, şəhidin ruhuna dualar oxuyurlar.

Şəhid bulağı Həsən Dəmirovun doğulduğu Cəlilabad rayon Muğan kəndinin girişində inşa edilib. Şəhidimizin qardaşı bulağın yaxınlığında quyu qazdırıb, su mühərriki qoydurub. Quyudan vurulan təmiz sudan insanlar içmək üçün istifadə edirlər.

Kənd sakinləri şəhidimizin adına tikilən Şəhid bulağının təqdirəlayiq olduğunu bildirib.

Qeyd edək ki, Dəmirov Həsən Turan oğlu 1994-cü il dekabrın 1-də Cəlilabadın Muğan kəndində anadan olub. Ölkə başçısı tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. (Adalet.az)

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt