Prezident İlham Əliyevin Rusiya Federasiyasına səfəri, Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında xüsusi qonaq qismində iştirakı, Bakı və İrəvanla dayanıqlı sülhün əldə olunması istiqamətində nəzərdə tutulmuş görüşü dünyanın diqqət mərkəzində olub. Mayın 25-də Moskvada baş tutmuş görüşlərdəki dialoqlardan göründüyü kimi, Azərbaycana qarşı Ermənistanın qeyri-müəyyən davranışı əks effekt verib, Nikol Paşinyanın əsassız fikirləri cənab İlham Əliyev tərəfindən darmadağın edilidi.
. Sual olunur ki, Ermənistan liderinin sülh danışıqları apara-apara son qarmaqarışıq, bir-birinə zidd olan bəyanatları verməkdə məqsədi nədir? Yəqin ki, məqsəd delimitasiya, demarkasiya prosesləri üçün göstərilən cəhdləri pozmaqdır. Başqa cür düşünmək bir qədər müşküldür. Ermənilər nəyin bahasına olursa, olsun “status-kvo”nu saxlamaq istəyirlər. Bəlkə də onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərini və müxtəlif ölkələri proseslərə cəlb etmək ümidlərini itirməmişlər, ola da bisin ki, artıq öz missiyasını başa vurmuş, ölü qüvvəyə çevrilmiş ATƏT-in Minsk qrupunu yenidən diriltmək niyyətindədirlər. Hərçənd, bu gedişlər indiyədək heç bir nəticə verməyib. Bütün vasitələrə əl atıaraq vay-şivən salıb nala-mıxa vurmaq isə sülhdən yayınmaq cəhdindən başqa bir şey deyil. Bu, ermənilərin xislətidir.
Amma hər necə olsa, Ermənistanın yeganə çıxış yolu sülhə gəlməkdir Təcavüzkar tərəfin addımları beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatın müddəalarının pozulması, bu günədək aparılan normallaşma və sülh prosesinə qarşı ciddi təxribatdır.
Azərbaycan hər zaman öz milli maraq və mənafelərini qətiyyətlə təmin edir. Ermənistanın ölkəmizə qarşı növbəti təxribatından sonra 44 günlük Vətən müharibəsində “dəmir yumruq” sayəsində düşməni qarşısında diz çökdürərək yalvarmağa məcbur etməsi buna bariz nümunədir. İndi bizim gözlədiyimiz əsas məsələ məlum öhdəliklərə və imzalanmış sənədlərə nə dərəcədə səmimiyyətlə əməl ediləcıkdir və heç şübhəsiz ilk narahatçılğımız Qarabağdakı separatçı meyllərin azğınlaşması, hətta bəzi yerlərdə təlimlər keçirməsidir.
Hesab edirəm ki, Azərbaycan Ermənistanın nazıyla oynamamalıdır. Dünya birliyini, nüfuzlu beynəlxalq təşkilatları regionda sülhün təmin olunmasına qarşı yönələn bu cür pozuculuq fəaliyyətini görməzdən gəlməməyə, sülhə, dinc yanaşı yaşamağa mane olan təxribatların qarşısını almaq məqsədilə real fəaliyyət göstərməyə bir daha dəvət edirik. Ermənistan dərhal sülh danışıqları masasına oturmalıdır. Azərbaycan öz suverenliyini qorumalıdır. Hər birimiz bu məsələdə dövlətimizin yanındayıq.
Aydın Hüseynov,
Cəlilabad şəhər sakini, siyasi şərhçi