“Xalqın rifah-halını yaxşılaşdırmaq ən mühüm məsələdir”

Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 18-də Neftçala və Salyan rayonlarına səfərləri ümumilikdə Regional inkişaf proqramlarının uğurlu nəticələri barədə aydın təsəvvür yaradır. Prezidentimiz yeni-yeni sosial-iqtisadi infrastrukturların açılışlarını etdi, Azərbaycan Televiziyasına müsahibəsində ölkə iqtisadiyyatının mövcud durumunu dəyərləndirdi. Bildirdi ki, son illərdə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri qeyri-neft sektorunda qeydə alınıb ki, bu da təsadüfi deyil.

 

Prezident İlham Əliyev televiziyaya müsahibəsində deyib ki, Ölkəmiz dinamik şəkildə inkişaf edir. 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir. Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir. Bəyan olunmuş bütün hədəflər- insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir.

Prezident İlham Əliyevin siyasi iradəsi əsasında neftdənkənar iqtisadiyyatın inkişafı davamlı olaraq diqqət mərkəzində saxlanılıb və bu məqsədlə silsilə tədbirlər görülüb. Yüksək infrastruktur təminatı, ardıcıl səciyyə daşıyan islahatlar, həmçinin neft gəlirlərinin məqsədyönlü şəkildə iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsi, innovativ texnologiyalarla işləyən yeni istehsal müəssisələrinin yaradılması, sənaye xəritəsinin regionlara doğru genişləndirilməsi və digər belə tədbirlər öz müsbət nəticələrini verib. Salyanda açılan “ASAN xidmət” mərkəzi, sayca 25-ci mərkəzdir. “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Son 10 il ərzində 61 milyon müraciət olmuşdur. Bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. “ASAN xidmət” Azərbaycanın intellektual məhsulunun bir nümunəsidir.

Neftçala Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, digər tədbirlər, iş yerlərinin yaradılması ilə bağlı olan addımlar onu göstərir ki, ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur.

Mübariz Nəhmədov,

Cəlilabad RMX PHŞ-da İnformasiya

texologiyaları üzrə mütəxəssis

 

PAGE TOP