Günay Əfəndiyeva Özbəkistan Respublikasının xarici işlər nazirinin müavini Baxromjon Aloyev ilə görüşüb

XƏBƏR XƏTTİ
Vətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEOYağış yağacaq – Sabahın havasıÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı – VİDEOHərbçilərin maaş və pensiyaları artırılırDağ-mədən və metallurgiya sənayesi yeni mərhələdə Proqramın uğurlu icrasıMetallurgiya sənayesinin inkişafı mühüm vəzifə kimi Qəbul edilmiş proqramlar icra edilməlidirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEOYağış yağacaq – Sabahın havasıÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı – VİDEOHərbçilərin maaş və pensiyaları artırılırDağ-mədən və metallurgiya sənayesi yeni mərhələdə Proqramın uğurlu icrasıMetallurgiya sənayesinin inkişafı mühüm vəzifə kimi Qəbul edilmiş proqramlar icra edilməlidir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən Daşkənddə keçirilən “Şuşa Günləri” çərçivəsində Özbəkistan Respublikasının xarici işlər nazirinin müavini Baxromjon Aloyev ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev iştirak edib.

Görüşdə bu il Özbəkistanın Türk Dövlətləri Təşkilatına sədrlik etməsinin ölkənin türk dövlətləri ilə, eləcə də Türk Əməkdaşlıq Təşkilatları ilə hərtərəfli əməkdaşlığının inkişafında mühüm rol oynayacağından söz açılıb. Türk Əməkdaşlıq Təşkilatlarından olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk ölkələri arasında dostluq və qardaşlıq münasibətlərin gücləndirilməsinə yönəlmiş geniş miqyaslı fəaliyyətindən bəhs olunub. Fondun Özbəkistan ilə qarşılıqlı əlaqələrə yüksək əhəmiyyət verdiyi, bu istiqamətdə həyata keçirdiyi layihələri vurğulanıb. Özbəkistanın mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı Fond tərəfindən yayımlanan nəşrlərin, ölkədə təşkil edilən müxtəlif tədbirlərin, konfransların önəmi qeyd olunub. Fond tərəfindən 2023-cü ilin Türk Dünyasının Mədəniyyət Paytaxtı statusunu daşıyan Şuşa şəhərinin tarixi və mədəni irsinin tanıdılması məqsədilə Daşkənddə keçirilən silsilə tədbirlər Azərbaycan ilə Özbəkistanın bir-birinə daha yaxınlaşdırılmasına yönəlmiş addım kimi dəyərləndirilib.

Görüş təşkilat ilə Özbəkistan arasında fəal əməkdaşlığın davam etdirilməsi istiqamətində birgə layihələrin keçirilməsinə dair fikir mübadilələri ilə davam edib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt