Bakıda ər-arvad birləşib kişini öldürdülər

Bakıda qətl hadisəsi olub.

Suraxanı rayon prokurorluğundan Lent.az-a verilən xəbərə görə, aprelin 6-sı saat 17 radələrində paytaxtın Yeni Günəşli qəsəbəsində yerləşən mənzillərdən birində 53 yaşlı Müşfiq Rəcəbovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 39 yaşlı Samir Kərimov və 44 yaşlı Sevda Kərimova tərəfindən küt alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Samir Kərimov və arvadı Sevda Kərimova iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

PAGE TOP