Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri milli komandaların görüşləri ilə bağlı fasilə dövründə yoldaşlıq matçında qüvvəsini sınayacaq.
Ağdam klubu Türkiyə təmsilçisi “Qalatasaray”la görüşəcək. Bakı Olimpiya Stadionundakı qarşılaşma qardaş ölkədəki zəlzələdən zərər çəkənlərə yardın xarakteri daşıyır. Xeyriyyə oyununda hər iki komandanın millilərdəki üzvləri iştirak edə bilməyəcək. Bu üzdən “Qarabağ”ın heyətində digər klubların üzvləri də meydana çıxacaq.
Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq.
Yoldaşlıq oyunu
26 mart
20:00. “Qarabağ” (Azərbaycan) – “Qalatasaray” (Türkiyə)
Baş hakim: Əliyar Ağayev
“Qarabağ”: 89. Amin Ramazanov, 5 Maksim Medvedev, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 96. Donald Qerye, 6. Juliu Romau, 2. Qara Qarayev, 15. Leandru Andrade, 87. Adama Diakabi, 10. Abdullah Zübeyr, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
“Qalatasaray”: 34. Okan Koçuk, 2. Leo Dübua, 4. Matias Yensen, 13. Əmrə Taşdəmir, 23. Kaan Ayhan, 11. Yunus Akgün, 17. Nikolo Zanyolo, 18. Bafetimbi Qomis, 22. Berkan Kutlu, 27 Serjiu Oliveyra, 30. Yusuf Dəmir
Baş məşqçi: Okan Buruk
Bakı Olimpiya Stadionu