Elmi tədqiqatlar göstərir ki, oruc bədən üzvlərinin dincəlməsinə və onların bərpasına imkan verir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, oruc tutmağın insan sağlamlığı üçün bir sıra faydaları vardır.
Gəlin, həmin faydalarla tanış olaq:
Oruc zamanı orqanlar dincəlir:
Oruc tutanda orqanlar dincəlmək və özünü təzələmək imkanı qazanır. Yeməkdən imtina etmək insan orqanizmi üçün yenilənməyə yol açır. Oruc zamanı ürək gündə 15 min dəfədən az döyünür və istirahət edir.
Oruc həmçinin, qaraciyər, mədə və bağırsaq sistemi üçün olduqca faydalıdır.
Şəkər və təzyiq kimi bir çox xəstəliklərin qarşısını alır:
Oruc tutmaq xərçənglə mübarizədə də olduqca effektivdir:
Oruc xərçəng kimi ağır xəstəliklərin qarşısının alınmasına kömək edir. Belə ki, oruc zamanı bədəndə olan zərərli maddələr də yox olmağa başlayır. Bu da xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.
Həmçinin, oruc insanların psixoloji durumuna təsir edir:
Yeməkdən imtina etmək insanın mənəvi sağlamlığına da təsir edir və onun psixoloji vəziyyətinin daha balanslı olmasına yol açır.