“Xoş gələcəyə, işıqlı sabaha müjdə və inam…”

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Təbiətin oyanışının müjdəsini verən Novruz bayramı həyat və məişətimizə daxil olmuş,  xoşbəxt gələcəyə və  işıqlı sabaha inam duyğusu bəxş etmişdir. Təbiətlə insan ruhunun oyandığı gün eyni vaxta təsadüf etdiyindən xalqımız həmişə bu mübarək məqamı xüsusi məhəbbətlə qarşılamış və müqəddəs bayram ovqatı ilə qeyd etmişdir. Sovet ideologiyası uzun illər Novruz sevincini Azərbaycanın qan yaddaşından silməyə cəhd göstərsə də, buna nail ola bilməmiş, millətimiz onu “Bahar bayramı” adı ilə qoruyaraq yaşatmışdır. Bütün məhdudiyyətlərə baxmayaraq  Novruz hər evdə qeyd edilmiş və nəsildən-nəslə dəyərli miras kimi ötürülmüşdür.

 

Novruz bayramı zamanı olub-keçənlər də yad edilir, Vətən uğrunda canını fəda edənlərin uyuduğu Şəhidlər xiyabanından insan axınının ayağı kəsilmir. Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətlə ən kütləvi xalq bayramıdır. Yurdumuza Novruz gəlir, bahar gəlir, yaz gəlir. Qaranquşların qanadında, yavaş-yavaş qış yuxusundan oyanan torpağın rayihəsində, ağacların, gül-çiçəklərin tumurcuğunda gəlir xalqımızın Novruzu, yurdumuzun baharı.

 

Ümummilli liderimiz Heydər Əliyevin milli adət-ənənələrimizin qorunub saxlanılmasına və inkişafına göstərdiyi qayğı nəticəsində Novruz müstəqil Azərbaycan Respublikasında hər il ən əziz bayram kimi qeyd edilir.  Ulu öndərin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Novruz bayramının yüksək səviyyədə keçirilməsindən ötrü bütün tədbirləri görür, onun xüsusi təmtəraqla qeyd olunması üçün vətəndaşlarımıza hərtərəfli  şərait yaradır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olmuş və mart ayının 21-i “Beynəlxalq Novruz  Günü” elan  edilmişdir.

Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində yüzlərlə ailəni sevindirir. Ölkə başçısı tərəfindən ənənəvi olaraq imzalanan əfv Sərəncamı Azərbaycan dövlətinin humanizm siyasətinin növbəti təzahürüdür.

Qoy bu təravətli Novruz bayramı süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, ümidləriniz gərçək olsun! Novruz bayramınız mübarək olsun!

 

Orxan Əzimov,

Lənkəran-Astara Regional

Təhsil İdarəsinin əməkdaşı, YAP fəalı

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt