Bakıda marketə silahlı basqın: Ölən və xəsarət alanların adları məlum oldu – YENİLƏNİB

XƏBƏR XƏTTİ
Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır•PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üzrə – Qəbul cədvəli•Bu yerlərə yağış yağır – Faktiki hava•Milli Məclisin payız sessiyasının ilk iclasının – Vaxtı və gündəliyi açıqlandı•26 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•“KROSS BAKU” – MÜASİR BİZNES YANAŞMASINA YÖNƏLƏN YERLİ ŞİRKƏT•İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR•Ötən gün vəzifədən azad olunmuşdu – Bu gün nazir təyin edildi•Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır•PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üzrə – Qəbul cədvəli•Bu yerlərə yağış yağır – Faktiki hava•Milli Məclisin payız sessiyasının ilk iclasının – Vaxtı və gündəliyi açıqlandı•26 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•“KROSS BAKU” – MÜASİR BİZNES YANAŞMASINA YÖNƏLƏN YERLİ ŞİRKƏT•İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR•Ötən gün vəzifədən azad olunmuşdu – Bu gün nazir təyin edildi•

Bakıda Əhmədlidəki hipermarketdə atışma nəticəsində zərərçəkənlərin adları məlum olub.

Adalet.az xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölən şəxs Həsənov Rüfət Rahib oğludur. O başından güllələnib.

Yaralananlar isə Şaydayev Samir Ruslan oğlu kürək nahiyəsindən 2 güllə yarası alıb. Adı açıqlanmayan 1 nəfər isə sağ çiynindən güllələnib./apa

13:13

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədirlər.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

 

***

Bakının Xətai rayonunda marketdə baş vermiş silahlı basqının ilkin təfərrüatı bilinib.

Atışma zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.

Ölən inkasatorun sürücüsüdür. Basqını törədən şəxslərin silahlı olduqları və hələ də ərazidə olduqları ehtimal edilir. Buna görə də, həmin ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.

İnsanların həmin əraziyə yaxınlaşmaması tövsiyə edilir.

12:53

Daxili İşlər Nazirliyi (DİN) Bakıda marketlərdən birində silahlı qarşıdruma ilə bağlı məlumat yaydı.

DİN-dən  bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.

Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.

Əlavə məlumat veriləcəkdir.

12:49

Bakıda marketlərin birində silahlı atışma olub.

Adalet.az xəbər verir ki, hadisə ilə bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

İlkin məlumata görə, hücum inkasator maşınına edilib.

Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt