Azərbaycanda DƏHŞƏT: oğul atasının başına taxta vurub öldürdü

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Sabiarabadda xəsarət alan kişi xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən xəbərə görə, fevralın 24-də Sabirabad rayonunun Moranlı kənd sakini Adil İbadov müxtəlif dərəcəli xəsarətlər alaraq, Şirvan şəhər Mərkəzi Xəstəxanasına, ayın 25-i isə Bakı şəhəri Respublika kliniki xəstəxanasına yerləşdirilib. Lakin tibbi müdaxilələrə baxmayaraq, zərərçəkmiş orada ölüb. Bu barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla bağlı Sabirabad rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə A.İbadova xəsarət yetirməkdə şübhəli bilinən oğlu İlkin İbadlı müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, İ.İbadlı bir neçə gün əvvəl atası ilə aralarında yaranmış mübahisə zəminində sonuncuya taxta parçası ilə baş nahiyəsindən xəsarət yetirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt