Sabah Bakıya qar yağacaq – PROQNOZ

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Fevralın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün ikinci yarısından başlayaraq arabir yağıntılı olacağı, gecəyə doğru isə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 3-5° isti, günün birinci yarısında 8°-dək isti, axşama doğru 0-3° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında

Gecə və səhər əsasən şimal və qərb rayonlarında, axşama doğru isə əksər rayonlarda arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-3° şaxta olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt