Yazıçı: “Xocalı faciəsi qədər məni yandırıb, yaxanı olmayıb”

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

“Yaxın-uzaq zamanlarda mənsub olduğum xalqımın tarixində hissləri coşduran, beyinləri donduran məşəqqətli hadisələr çox olub. Ancaq Xocalı faciəsi qədər məni yandırıb, yaxanı olmayıb. Desəm, inanın nədəndir, bilmirəm.

Bunu Adalet.az-a açıqlamasında professor, Bakı Qızlar Universitetinin təsisçisi, yazıçı Ağarəhim Rəhimov Xocalı faciəsinin 31-ci ildönümü haqda danışarkən deyib. Yazıçı Xocalıya azadlıq, həlak olanlara isə rəhmət diləyib:

“Anaların bətnindəki körpələrin qətlindənmi? Hələ dünyanın amansızlığını anlamayan uşaqların göz yaşlarının boğulmasındanmı, qəhqələrinin susdurulmasındanmı, ana-bala həsrətinə nöqtələrin qoyulmasındanmı, vahiməli gecələrdə insanların qorxusundan, həyəcanındanmı?! Bu bəşəri cinayətə dünya siyasilərinin ruhu alışmadı. Təəssüf, çox təəssüf. Mən Xocalıya azadlıq, əbədiyyətə qovuşanlarına rəhmət, ruhlarını canında gəzdirənlərə xoşbəxtlik diləyirəm”

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt