Cəlilabadda həyat yoldaşını öldürüb intihara cəhd edən şəxs xəstəxanada öldü

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Cəlilabad rayonunda keçmiş həyat yoldaşını qətlə yetirib, intihara cəhd edən 1987-ci il təvəllüdlü Elxan Əmanov xəstəxanada ölüb.

“Report”un məlumatına görə, o, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, fevralın 6-da Cəlilabad rayonu Muğan kəndində 1992-ci il təvəllüdlü Aysel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

Məcra.az-ın əldə etdiyi məlumata görə Elxan Əmənov evə başqa bir qadın gətirdiyi üçün həyat yoldaşı Aysel Abbasovayla arasında münaqişə yaranıb. Qeyd edək ki, ölən ər və arvadı 5 qız və bir oğlan övladı qalıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt