Xalq şairi: “Onun qəhrəmanlığı, şücaəti Azərbaycanı elə bir səviyyəyə qaldırdı ki…”

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

“Mübariz İbrahimov qəhrəmandı, örnəkdi, xalqımızın qürurudur. Bir şəxs ki, öz adını təkcə Azərbaycan xalqının yox, qüdrətli dünya dövlətlərinin rəhbərlərinin dilində çatdırırsa, deməli o, xalqın qürurudur.

Mübariz Azərbaycanın qəhrəmanlıq simvoludur, istiqlal bayrağıdır”

 

Bunu Məcra.az-a açıqlamasında Xalq şairi Vahid Əziz Milli Qəhrəman Mübariz İbrahimov haqqında danışarkən deyib. Vahid Əziz Mübariz İbrahimovun təkbaşına düşməni ağır itkilərə məruz qoyduğunu bildirib:

 

“Mübariz Vətən müharibəsindən əvvəl erməni yağılarının gözünü qıran təkbaşına olan bir ordudur. Biz ondan sonra Cocuq Mərcanlı kəndini işğaldan azad etdik. Mübarizin bu qəhrəmanlığından sonra əsgərlərimiz daha da ürəkləndi. Ona oxşamaq istəyənlərin sayı çoxaldı. Onun qəhrəmanlığı, şücaəti Azərbaycanı elə bir səviyyəyə qaldırdı ki, adamlar Putinin, Ərdoğanın dilindən Mübarizin adını eşitdi. İnsanlar onda fikirləşdi ki, biz niyə şəhid olmayaq və adımız çəkilməsin?”.

 

Qeyd edək ki, bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.

 

Vasif Əlihüseyn

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt