Rusiya ordusu Kiyevə ballistik raketlərlə zərbə endirib – Yenilənib

XƏBƏR XƏTTİ
Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•

Kiyevin sol sahilində partlayış səsləri eşidilib.

Məcra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın “Zerkalo nedeli” portalı yayıb.

Bununla belə, şəhərdə hava hücumu təhlükəsi elan olunmadığı bildirilir.

Eyni zamanda, Kiyev vilayətinin Buça şəhərində və hazırda ukraynalı hərbçilərin nəzarəti altında olan Zaporojye şəhərində də partlayışlar baş verib.

Hadisə ilə bağlı digər detallar açıqlanmayıb.

***

Ukraynanın Xarkov, Poltava, Çerkassı, Kirovoqrad, Dnepropetrovsk və Nikolayev vilayətlərində hava hücumu təhlükəsi elan edilib. 

Bununla yanaşı, Xarkovda partlayışların baş verdiyi bildirilir. Şəhərdə metronun hərəkəti dayandırılıb.

***

Rusiya ordusu tərəfindən Kiyevə ballistik raketlərlə zərbələr endirilib. 

Bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Rusiya S-300-lərdən istifadə edib. Buna görə də Ukrayna Hərbi Hava Qüvvələri həmin raketləri havada zərərsizləşdirə bilməyib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt