Prezident İlham Əliyevin yerli televiziya kanallarına 10 yanvar 2023-cü il tarixində verdiyi müsahibəsi yaranmış reallıqların media vasitəsilə dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmli idi.
Dövlətimizin başçısı Azərbaycanın azad edilmiş torpaqlarında ermənilərin törətdikləri dağıntılar, görülən bərpa-quruculuq işləri barədə də ətraflı məlumat verdi, bərpa olunacaq ərazilərdə müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi barədə öz fikirlərini bölüşdü. O, qeyd etdi ki, ötən il ölkəmizin ümumi daxili məhsulu rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Xarici ticarət 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir.
Qarşıdakı illərdə Qarabağda böyük iqtisadi layihələr həyata keçiriləcək. Bundan ötrü böyük şəhərlərin baş planları tərtib olunur, burada, əlbəttə, işğaldan əvvəlki dövrlə müqayisədə əhalinin artımı nəzərə alınır, buna uyğun tikinti-işləri aparılır, infrastruktur yaradılır. Bu məqsədlə öz gücümüzlə vəsait ayrılıb, bütün güclər səfərbər edilib. Bütün keçmiş köçkünlər dədə-baba torpaqlarına qayıdacaqdır. Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. Bununla paralel olaraq, bir çox kəndlərdə artıq inşaat işləribaşlanıb. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlamış, bir neçə kəndin təməli qoyulub. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq.
Prezident dedi ki, elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olundu. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşuldu. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edildi və onların generasiya gücü təqribən 55 meqavata yaxındır. Hazırda 7 stansiyanın inşası gedir və bütövlükdə orada 50-yə yaxın su elektrik stansiyası yaradılacaq. Bu il Cəbrayılda Günəş Elektrik Stansiyasının inşasına başlamalıyıq. Ağdam Sənaye Parkında artıq 40 milyon manatlıq, Cəbrayıl Sənaye Parkında 10 milyonluqinvestisiya layihələri təsdiqləndi. Yəni, bunlar o bölgələr üçün kifayət qədər böyük məbləğdir. Müraciət edənlərin sayı kifayət qədər çoxdur. Mindən çox kiçik sahibkar müraciət edib, bütün müraciətlərə baxılır. İki min kilometrdən çox avtomobil yolu salınır, körpülər tikilir. Körpülərin sayı 100-dən çox olacaq. Təsdiq edilmiş layihələr çərçivəsində 50 kilometr uzunluğunda tunellər çəkilir. Təqribən 60 min hektarda taxıl səpini aparılmışdır.
İnanırıq ki, bu əzəmətli layhələr optimal müddətdə icra olunacaq. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşmiş xalqımız bütün çətiliklərə qalib gələcəkdir.
Xəqani Əliyev,
Cəlilabad rayon Xanəgah
kənd tam orta məktəbin direktoru