Sürücülərə ŞAD XƏBƏR: sığorta ilə yaşanan problemlər aradan qaldırılır+VİDEO

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Kiçik mühərrikli nəqliyyat vasitələri sürücülərinin sığorta ilə bağlı yaşadıqları çətinlik aradan qaldırılacaq.

Məcra.az Xezerxeber.az-a istinadən xəbər verir ki,   bununla bağlı Mərkəzi Bank tərəfindən sığortaedənlər qarşısında konkret öhdəlik qoyulub.

Bankın İdarə Heyətinin qərarı ilə “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də dəyişikliklər edilib.

Mövzu ilə bağlı danışan sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, yeni tələbə əsasən, sığorta şirkətləri öz internet səhifələlərində icbari sığorta müqaviləsinin alınması üçün imkan yaratmalıdırlar.

Vüsal Bədəlov bildirir ki, faktiki olaraq aşağı mühərrikli nəqliyyat vasitələrinin sürücüləri avtomobillərini icbari sığorta etdirməkdə ciddi çətinliklərlə üzləşirdilər: “Bu qərarla artıq sığortaçılar belə nəqliyyat vasitəsini icbari sığorta etməkdən qaça bilməyəcəklər”.

Qeyd edək ki, kiçik mühərrikli nəqliyyat vasitələrinin icbari sığorta edilməsi problem uzun müddətdir davam etdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt