Bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakin Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib.
APA-nın Şuşaya ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb.
Bu gün Şuşada – Xankəndi-Laçın yolu üzərindəki aksiya yerində həmin dinc erməni sakin Xankəndinə yola salınıb.
Bu fakt bir daha Azərbaycanın humanist mövqeyini, aksiyanın dinc xarakter daşıdığını, yolun humanitar məqsədlər üçün açıq olduğunu nümayiş etdirib. Digər tərəfdən erməni sakininin kömək üçün müraciəti Qarabağda Ruben Vardanyanın girovuna çevrilmiş 25-30 min nəfərlik erməni əhalisinin hansı vəziyyətdə saxlandığını, onların xoşbəxt həyatının, təhlükəsizliyinin ancaq və ancaq Azərbaycan dövlətindən asılı olmasının nümunəsidir.