Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
“Sədərək” TM-də baş verən yanğınla əlaqəli polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib.
Bu barədə “Qafqazinfo”ya DİN-dən bildirilib.
Təhlükəsizlik tədbirləri görülür. Ziyanın miqyasını azaltmaq üçün tədbirlər görülür. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb.
***
“Qafqazinfo”nun hadisə yerində olan məlumata görə, 14, 15 və 16-cı sırada davam edir. Sahibkarların böyük əksəriyyəti də hadisə yerindədir. Hələlik yanğının səbəbi açıqlanmayıb.
***
“Hazırda yanğın söndürülüb, demək olar ki, soyutma işləri aparılır”.
Bunu “Qafqazinfo”ya açıqlamasında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
Onun sözlərinə görə, 15-20 dəqiqə ərzində məhdudlaşdırma veriləcək:
“Bəzi yerlərdə kiçik alovlar ola bilər, onun da təhlükəsi yoxdur.
Əsas yanğının yayılmasının qarşısı alınıb. Hadisə yerinə 22 texnika, 120-dən artıq canlı qüvvə cəlb olunub.
Yanğının səbəbi barədə hələlik nəsə deyə bilmərik, araşdırma nəticəsində məlum olacaq”.