Altı nəfərin öldüyü dəhşətli qəzaya görə TIR sürücüsü SAXLANILDI

XƏBƏR XƏTTİ
Bakı-Sumqayıt yolunda betonqarışdıran maşın aşdı – VİDEO22 sentyabrda bizi nə gözləyir? – Ulduz falıBakıda təmir edilən yol yenidən çökdü – VİDEOŞəhid atası vəfat etdi – FOTOAzərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilirİcra başçısı müavinini işdən çıxardı – DSK-ya sədr təyin edildiŞagirdlərin vahid forması təsdiqləndi – Bu geyimlərə icazə verilməyəcək“Şəki yaylası”nda faciəvi şəkildə ölən – Ucalın atasından təsirli sözlərBakı-Sumqayıt yolunda betonqarışdıran maşın aşdı – VİDEO22 sentyabrda bizi nə gözləyir? – Ulduz falıBakıda təmir edilən yol yenidən çökdü – VİDEOŞəhid atası vəfat etdi – FOTOAzərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilirİcra başçısı müavinini işdən çıxardı – DSK-ya sədr təyin edildiŞagirdlərin vahid forması təsdiqləndi – Bu geyimlərə icazə verilməyəcək“Şəki yaylası”nda faciəvi şəkildə ölən – Ucalın atasından təsirli sözlər

Dünən səhər saatlarında Bakı-Quba yolunda 6 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı TIR-ın sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu saxlanılıb.

Məcra.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat verib.

“Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. Şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. İstintaq hərəkətləri aparılır”.

Qeyd edək ki, dekabrın 15-də Bakı-Quba yolunun 98-ci kilometrliyində “Mercedes Vito” markalı mikroavtobusla TIR toqquşub. Hadisə nəticəsində mikroavtobusda olan 6 nəfər: 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu, 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu, 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu, 1992-ci il təvəllüdlü Emin Ramiz oğlu Quliyev və 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlu (sürücü) həlak olub.

Qəzada TIR-ın sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu xəsarət alıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt