“O yuxunu görməsəydim, anam ölməyəcəkdi…”

Anam Şəlalənin əziz xatirəsinə

Uşaqlıqdan bu yana həmişə qəribə yuxular görürəm. ­Şairlərin və yazıçıların bu haqda hardasa vergili olduğu danılmazdı. İnandırıcı olmasa da, hələ günün ulduz falını da oxuyuram. Anam xəstə olanda daha çox qarışıq yuxular görürdüm. Elə bil ağrıların gözü var idi. Axşam düşən kimi anam başlayırdı zarımağa. Bakıda ən bahalı klinikaları gəzdirmişdim. Həkimlər “sinir ağrısı” kimi yanlış bir diaqnoz qoymuşdular qadına. Yazıq qadın o qədər ağrıyırdı ki, həmin vaxtı Allahdan da gileylənirdi. Deyirdi: “İlahi, sənə neyləmişəm, belə zülm verirsən mənə?!” Edilən müalicələrin də heç bir köməyi yox idi. Yazıq qadına o qədər iynə vurmuşdular ki, hər yeri daş kimi idi.  Ancaq hərə bir torba dava-dərman yazırdı ki, bunlardan istifadə elə.

Hər gün evə zəng vurub ağrılarını soruşurdum. Sonra həkimlər dedilər ki, belində yırtıq var. Hələ bir əməliyyat da elədilər. Ağrısız günlərinin sayı cəmi beş oldu. Həmin beş günün gecəsini rahat yatdı anam. Hələ bir qurban da kəsdim ki, şükür, anam sağaldı. Sonra yenə gileyləndi ki, ağrıyıram. Özüm də dilxor oldum. Qonum-qonşuda bel yırtığından əməliyyat olunan qadınların bir neçəsi gəlib dedi ki, vallah, biz də əməliyyat olunmuşuq. Amma belə ağrılar olmayıb. Sənin ağrıların kəsməliydi. Axı niyə də belə olsun?!

Bir dəfə yatıb yuxuda gördüm ki, anam rəhmətə gedib. Həyətimizdə adam əlindən daş atsan, yerə düşməz. Öz səsimə yuxudan oyananda gördüm ki, yuxu görürmüşəm. Əlimi üz-gözümə vurub gördüm ki, suyun içindəyəm. Həm ağlamışam, həm də tərləmişəm. Yerimdən qalxıb, hamama keçib yuyundum və təzədən yerimə uzandım. Gündüz yuxumu dostlara danışanda dedilər ki, ömrü uzun olacaq. Buna elə sevinmişdim ki, elə bilirdim, doğrudan da, ömrü uzun olacaq. Hələ zəng vurub özünə də demişdim. Ağlamışdı.

Anam ağrılarının dördüncü ayında əməliyyat olunmuşdu. Yenidən Bakıya gətirdik. Həkimlər bu dəfə bildirdilər ki, qanından analiz verilməlidi. İlahi, bu vaxta qədər bütün gözləntilərin ən çətininin analiz cavabı olduğunu bilmirdim. Qan analizi verdikdən sonra, səhəri gün saat 11-də həkimlərin dediyi vaxtı, xəstəxanaya gəldik. Binanın üçüncü mərtəbəsinə qalxıb laboratoriyada işləyən xanımlara anamın adını və soyadını deyib analizin cavabı istədim.

Xanım analizi cavabını gətirib mənə verəndə, ürəyim dözmədi: Xanım, qorxulu bir şey yoxdu ki? – deyə soruşdum. Xanım qız üzümə gülümsəyib, – Qorxulu bir şey yoxdu burda, niyə belə ağrısın ki ananız?! – dedi.

İçimdə bir az rahatlıq tapdım. Bu xəbərik koridorun o başında həkimin qapısının ağzında gözləyən anama da dedim. Birlikdə anamla həkimin qəbuluna girdik. Həkim qan analizinə ciddi-ciddi baxıb anamdan soruşdu:

– Təzyiqin olurmu, bibi?

Anam sevincək bildirdi ki, elə də yox, hərdən olur.

– Siz düşün, aşağıda qızlar sizin təzyiqinizi ölçsün.

Anamın qoluna girib aşağı düşürəndə, həkim “Sən bibini aşağı qoyub özün qayıt, resepti yazım, get, dərmanları al,” – dedi. Anamı aşağıda otağa ötürüb üçüncü mərtəbəyə qalxdım. Həkim gah analiz kağızındakı yazıların üstünə rəngli karandaşla xətt çəkir, gah da üzümə baxırdı. Amma həkimin alnını düyünləməsi mənə yenə nəyinsə baş verdiyini anlada bilmədi, birdən gözlərini gözümün içinə zillədi:

– Bilirsən, bu heç də yaxşı şeyə oxşamır.

Həmin vaxtı bədənimə bir gizilti gəldi.

– Necə yəni yaxşı Teyə oxşamır?!

– Bu… xərçəngin əlamətləridi.

– Həkim, siz nə danışırsınız? Bəs deyirdiniz, belində yırtıq var. Əməliyyat da elətdirdik. İndi bu hardan çıxdı?!

– Allah eləsin, bu olmasın. Amma, çox təəssüf ki, əlamətləri ona oxşayır. İndi sənə bir yer deyəcəm, ora apararsan. Orda da dörd aparatdan keçəcək. Bundan sonra dəqiq biləcəyik ki, xəstəlik odur, yoxsa yox.

Kağızları götürüb birinci mərtəbəyə düşdüm. Gördüm ki, anam təzyiqini ölçdürdükdən sonra gözləmə zalında oturub məni gözləyir. Qadın yenə gözümün içinə baxdı:

– Nə dedi həkim? Yenə dərman yazdı?

Bədənimdəki giziltiləri bir kənara qoyub, özümü ələ almağa çalışdım.

– Yox, ana. Dərman yazmadı. Aparatlara yazıb, ondan keçməlisən.

Anamı dörd aparatdan keçirdilər. Xəstəxanada da halı pisləşdi. İkimiz də ağladıq. Araya xalam girdi ki: “Bəsdirin, ağlamayın”. Cavabı üç gündən sonra deyəcəkdilər. Ona görə üç gün gecə-gündüz dua edirdim ki, o zibil xərçəng olmasın. Qalan nə xəstəlik olsa, sağalda bilərik. Hələ anamla olan şəkilimizi evdə “Quran”ın arasına qoymuşdum ki, İnşallah sağalar. Yenə qurban dedim.  Bu neçə günü anamı ağrıkəsici ilə sakitləşdirdik.

Səhər tezdən qalxıb xəstəxanaya yollandım. Həkimlər diplomat kimi olan kağız çantada analiz cavabını verdilər. Ürəyim yenə dözmədi, elə ordakı həkimdən soruşdum ki, doktor, nə xəstəlikdi anamda?!

Həkim bildirdi ki, elə də qorxulu bir şey yoxdu. Qanında “Myeloma” xəstəliyi var. Bunu da müalicə edirsən, keçib gedir. Sən öz həkiminin yanına get, o, sənə hər şeyi deyəcək.  Anamın həkimi qara rəngli lövhələrə baxıb başını buladı: “Vəziyyət yaxşı deyil. Ana xərçəngdi”. İlahi, elə bil başıma qaynar su tökdülər.

– Bəs nə qədər yaşayacaq? Bunu bilirsiniz?

– Vaxta var hələ. Bizim belə xəstələrimiz çoxdu. Yaşayırlar bir il, iki il-filan… Çalış apar İrana ananı. Orada müalicə alsın. Sən tədarükünü gör. Nə arzuları var, yerinə yetir. Alınsa, toyunu da elə.

Həkimdən ayrılıb aşağı düşəndə gördüm ki, anamın telefonundan zəng gəlir. Telefonu açanda gördüm ki, bacımdı. Xırıltılı səslə soruşdu:

– Analizin cavabları nə oldu?! Vəziyyəti yaxşı deyil e nəsə.

O gün hamını aldatdım, bir anamdan başqa. Anamı da aldatmaq istədim, amma alınmadı. Bacıma dedim ki, narahat olma, qanında mikrob var, sağalacaq. Bir ağrıkəsici vurun, gəlirəm.

Metronun “28 May” stansiyasının qarşısında o qədər ağlamışdım ki, gözlərim qıpqırmızı idi. Adamlar yenə qaçaqaçda idilər. Öz–özümə deyirdim ki, İlahi, bu boyda başıma gələnlər heç kimin vecinə deyil?! İnsanlar neyə belə soyuqqanlıdırlar?!

Metroya minib gedəndə anam daha əl-çatmaz görünürdü mənə. Ürəyim sıxılırdı. Elə bilirdim, boğurlar məni. Anam bacım gildə yatırdı. Qapıdan içəri girib anamla görüşdüm:

– Necəsən, ana? Darıxma, yaxşı olacaqsan, həkimlər qanında mikrob deyir. Ona görə bu qədər ağrıyırmışsan.

Anam yataqda gözüyaşlı mənə tərəf baxıb dedi:

– Bəs niyə ağlamısan?! Nəsə pis xəstəlikdi?!

Anam sağ çiyni üstə uzanmışdı yataqda. Sağ əlini də yataqdan bayıra uzatmışdı. O, çox vaxt belə yatırdı. Özümü saxlaya bilmədim. Diz çöküb bayıra uzatdığı əlini ovuclarımın arasında dodaqlarıma sıxdım:

– Ana, vallah, yox. Sadəcə, qanına mikrob düşüb, sağaldacam səni! Allaha and olsun sağalacaqsan!

Bunu deyə-deyə ikimiz də ağlayırdıq. Hönkürtülərimin səsinə o biri otaqdan bacım gəldi. O da qoşuldu bizə. Özümü ələ almağa çalışdım. Durub anamın yatağının qırağında oturub əlindəki dəsmalla anamın göz yaşlarını sildim.  Artıq son bir neçə  günü anam yeməkdən də düşmüşdü.

– Ürəyin nə istəyir alım ana?! Sən yemirsən mənim də boğazımdan heç nə keçmir. Nə olar, bir şey ye!

Anam gözləri ilə tavana baxıb bir az fikirləşdi. Araya hardasa beş saniyə sükut çökdü. Birdən dilləndi:

– Armud istəyirəm.

Tez uşağı yolladım ki, gedib armud alsın. Uşaq çox keçmədi ki, armud alıb gətirdi. Bacım armudu yuyub gətirdi. Dilimləyib anama verdim. Bir-iki dilim yedi. Biz də anamıza baxıb yedik bacı-qardaş. Səhəri gün İrana yola düşməyi planlaşdırmışdıq. Evə qayıdıb xarici pasportumu, pal-paltarımı götürüb bacım gilə gedəndə, yolda anamın telefonundan yenə zəng gəldi. Telefonu açan kimi bacım elə qışqırdı ki:

– Tez çat, anaya nəsə olur!

Telefonda hiss elədim ki, deyəsən, gecikmişəm. Çünki evdə qadın ağlaşmasının səsi eşidilirdi. Küçənin başındakı dayanacağa doğru bir az qaçdım, yolda ayaqlarım tutuldu, yıxıldım. Yenə ayağa qalxıb qışqırdım:

– Ana!

Dayanacaqda dayanmış taksiyə minib anamın yanına çatdım. Gördüm ki, gecikmişəm. Təcili yardım maşınından düşən qadın mənə yaxınlaşdı:

– Mərhumun nəyisiniz?

– Oğluyam.

– ­Şikayətçi deyilsiniz ki?

– Xeyr.

– Buyurun, bu da ölüm haqqında kağızdı.

Anamın cansız bədənini maşına qoyub kəndə, evimizə gətirdik. Həyətimizdə gördüm ki, yuxumda gördüyüm adamların hamısı həyətimizdədi. Onda anladım ki, sən demə, səhərə yaxın yuxular düz çıxır. Gördüyüm yuxuyla anamın ölümü arasında bir ay fərq oldu. Anamda onu, bəlkə də, bildiyi üçün ağlayıb. Amma bundan sonra kimin ölümünü yuxumda görsəm, bilirəm ki, bu qədər ağrımayacam.

O gündən-bu günə harda armud görürəm, elə bilirəm ki, anamdı. Anam armudu çox sevirdi. Armud yeyən idi anam. Həyətimizdə anamın təndirinin yanında bir armud ağacımız var. Həm o armud ağacı yiyəsiz qalıb, həm də anamın təndiri. Bir də elə bilirəm ki, o yuxunu görməsəydim, anam ölməyəcəkdi…

sweet bonanzaistanbul escortcasibommatbetbetcio girişbetcio güncel girişgrandpashabet 2198betciomarsbahisistanbul escort bayanJOJOBETsahabet günceljojobetmatadorbetjojobet girişjojobetjojobet girişbetistsekabet girişasyabahisjojobet girişİzmir escortcasibom yeniKayseri escortGrandpashabetGrandpashabetSpincofixbetjojobet girişjojobet girişdeneme bonusu veren sitelermarsbahiscasibom girişvds satın alJojobetbakırköy escortAtaşehir Escortcasibomjojobet güncel girişmarsbahisbetistmarsbahisgüvenilir bahis sitelerimarsbahis girişjojobet güncel girişjustin tvcasibomcasibom 793 girişDeneme bonusu veren sitelerbetsatngsbahisbettinemarsbahis güncel girişjojobetholiganbet güncel girişholiganbet güncel girişmatadorbet güncel girişsahabet güncel girişsahabet güncel girişsahabet güncel girişsekabet güncel girişpusulabetasyabahiscasibomkalebetextrabetklasbahismobilbahiskalebetonwin güncel girişholiganbet güncel girişkalebetPusulabet güncel girişjojobetmeritkingankara escortcasibom girişcasibommatadorbetgrandpashabetsahabetonwinonwinonwinholiganbetjojobetMeritkingmatbet güncel girişbetwoonbetwoonzbahisGrandpashabetgrandpashabetultrabet girişholiganbetbetexper güncel girişmeritkingsahipleniyorummatbetimajbet güncel girişCasibom güncel girişjojobetSerdivan Escortextrabetmatadorbetcasibomextrabetcasibom girişbettilt girişjojobetjojobet girişmatadorbetbaywincasibomcasibom girişsekabet güncel girişbetriversbingo blitz freebetandyou giriscasibom girişMeritkingdeneme bonusu veren sitelercasibom girişcasibom girişGrandpashabetbetwooncasibomKagithane Escort - Kagithane Escort BayanCasibom güncel girişBuca Escortbetcio girişGrandpashabetcasinolevantbettilthiltonbetjackpot partyonwinonwin girişdeneme bonusu veren sitelergrandpashabetbahiscombahiscommatadorbetmatadorbet girişlunabetbetebet girişnakitbahis güncel girişbahsegel girişmeritkingaresbetmavibetjojobet güncel girişjojobet güncel girişcasibom girişcasibom güncel girişbayrampaşa günlük kiralık evjojobet güncel girişartemisbet güncel girişpinbahis güncel girişgrandpashabet güncel girişmatadorbet güncel girişholiganbet güncel girişonwin güncel girişmarsbahis güncel girişsahabet güncel girişsekabet güncel girişmatbet güncel girişimajbet güncel girişholiganbetjojobet girişmarsbahisonwingoldenbahismavibetbetnanobetnanomarsbahisjojobetbetnanolunabetjojobetkralbet güncel girişdinamobet güncel girişdumanbet güncel girişfixbet güncel girişultrabet güncel girişmarsbahismarsbahistipobet güncel girişotobet güncel girişfixbet güncel girişbetturkey güncel girişbahiscom güncel girişbahsegelcasibomjojobetgoldenbahisbetkanyon güncel girişimajbet güncel girişbetistcasibomcasibom güncel girişcasibomdinamobet girişjojobet girişaresbetcasibommarsbahisonwinjojobet girişcasibombaywintempobetmarsbahis girişmatadorbet giriş atlasbet girişbetasus girişcasibom girişMarsbahismarsbahis giriş