Gəncədə 4 uşaq qazdan zəhərləndi – Ölən var+Yenilənib

XƏBƏR XƏTTİ
Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•

Gəncədə 1 ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Məcra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən binada baş verib.

Hadisə nəticəsində 4 azyaşlı uşaq zəhərlənib.

Həkimlərin səyinə baxmayaraq 2020-ci il təvəllüdlü Zəhra Musayeva ölüb, daha 3 nəfər – Zeynəb Musayeva, Dərya Musayeva və Fatimə Musayevanın müalicəsi davam edir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

***

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər Dədəqorqud küçəsində dəm qazından zəhərlənmə barədə məlumat daxil olub:

“Dərhal polis əməkdaşları və şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zaman 2020-ci il təvəllüdlü Zəhra Musayeva dəm qazından zəhərlənərək öldüyü, Zeynəb Musayeva, Dərya Musayeva, Fatimə Musayevanın zəhərlənməsi məlum olub”.

Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.

***

Xəsarət alanların təvəllüdü:

Musayeva Zeynəb Rəsul qızı- 2015, Musayeva Dərya Tural qızı- 2018, Musayeva Fatimə Tural qızı- 2019

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt