Xəbər verdiyimiz kimi, yanvarın 6-da Cəlilabad rayon Üçtəpə kənd sakini, 2003-ci il təvəllüdlü Şükran İsayeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Mecra.az xəbər verir ki, Şükran İsayeva Cəlilabdda Sakit Üçtəpəli imzası ilə şeirlər yazan şair Sakit İsayevin qızıdır. Şükran İsayevanın tibb bacısı olduğu və kəndin tibb məntəqəsində çalışdığı bildirilir.
Qeyd edək ki, Sakit Üçtəpəli həm də şəhid qardaşıdır. Onun qardaşı Mübariz İsayev birinci Qarabağ savaşı zamanı itkin düşüb. Sakit Üçtəpəlinin şəhid qardaşı haqda “Sən olmayan məzarına gəlmişəm” adlı kitabı da çapdan çıxıb.
Biz də redaksiyamız adından Sakit Üçtəpəlinin ailəsinə səbr diləyirik.
Vasif ƏLİHÜSEYN

Daha ətraflı Baku TV-nin süjetində:






























