Azərbaycan xalqının bugünkü nəsli çox xoşbəxtdir ki, Qalib Azərbaycan dövlətinin vətəndaşı adı ona nəsib etdi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə onun Müzəffər Ordusunun rəşadəti ilə işğal altındakı torpaqlarımız azad oldu və şəhidlərimizin həyatı və qazilərimizin qanı ilə şanlı tariximizə möhtəşəm Zəfər yazıldı. Bugün Azərbaycan xalqı, Türk dünyası bu Zəfərin tükənməz sevincini yaşayır. Elə bir Zəfər sevinci ki, onun şüaları gələcək nəsilləri də şərəfləndirəcəkdir. Bu mənada hər il fəxrlə, başıucalıqla qeyd edəcəyimiz Zəfəri, onu qazandıran qəhrəmanların və onları yetişdirən valideyinlərin qeyd etməyə haqqı var. Xalqımızın şərəfində olan o, ləkəni qanları ilə təmizləyən bu cəsur və şücaətli qəhrəman oğulları dünyaya gətirən Analara borcluyuq. Ona görə də hər bir azərbaycanlı bütün əziz bayramlarda öncə bu fədakar insanları xatırlamalı, onlara öz ehtiramını bildirərək, təbrik etməli və bundan sonra bu bayramın sevincini yaşamalıdır.
Məcra.az xəbər verir ki, bu sözləri “Yeni Gundem” -ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Millət vəkili şəhid ailələrinin ziyarətindəndə danışıb:
“Bu düşüncə ilə də builki Zəfər bayramı ərəfəsində müharibədən sonra ötən iki il ərzində heç vaxt tək buraxmadığımız Şəhid və qazilərimizi təbrik etməyimiz ənənədir. Həqiqətən də bu insanları ziyarət etdikcə, sanki insan mənən təmizlənir. Ümumiyyətlə Azərbaycan xalqı var olduqca onlara borclu olacaq, onları hörmətlə, minnətdarlıqla, ruhları qarşısında ehtiramlarını bildirərək yad üdəcəklər.
Sözsüz ki, bir millət vəkili olaraq, ən müqəddəs işimiz kimi bizə etimad göstərən seçicilərimizə, əhalimizin ən dəyərli insanlarına xidmət göstərməliyik. Bu bizim mənəvi və vəzifə borcumuzdur. Oktyabr ayı əziz şəhidlərimizlə onların ikinci ildönümü ilə bağlı onlarla dəfələrlə bir yerdə olsaq da, Zəfər bayramı ərəfəsində və günündə bir daha seçildiyim Nəsimi rayonu 21-ci dairədə yaşayan əziz şəhid ailələrimizi ziyarət edərək, onların problem və qayğıları ilə bir daha tanış oldum. Keçirdiyimiz bütün görüşlərdə hər biri bir-birindən dəyərli olan əziz şəhid ailələrimiz dövlətimizin, şəxsən möhtərəm Prezidentimiz və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin, eləcə də Birinci vitse prezident möhtərəm Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısını minnətdarlıqla qeyd edirlər. Bu bir həqiqətdir ki, dünyanın elə bir ölkəsi yoxdur ki, şəhid və qazilərə, eləcə də müharibə veteranlarına Azərbaycan dövlətinin və hökumətinin etdiyi dəstəklə müqayisə edilə bilsin. Bugün dünyada, bölgəmizdə baş verən geosiyasi proseslərdən, eləcə də post-müharibə dövrünün çağırışlarından qaynaqlanaraq ölkəmizdə mövcud olan taleyüklü problemlərə baxmayaraq Şəhid, qazi və müharibə veteranlarının problemləri hər dəqiqə Dövlət Başçımızın gündəlik fəaliyyət planına daxildir. Əlbəttə möhtərəm Prezidentimizin bu qayğı və diqqəti, onun həyata keçirdiyi daxili və xarici siyasət ictimaiyyət tərəfindən, xüsusilə də şəhid və qazilərə, eləcə də müharibə veteranlar və onların yaxınları tərəfindən yüksək qiymətləndirilir deyə Məlahət İbrahimqızı qeyd etdi.”