Necə oldu ki, Azərbaycan 44 günə qalib gəldi? – 5 şərt

XƏBƏR XƏTTİ
Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•

İki il əvvəl 44 günlük İkinci Qarabağ savaşı Azərbaycanın parlaq qələbəsi və Ermənistanın kapitulyasiyası ilə yekunlaşdı.

 

Məcra.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.

O, Azərbaycanın qələbəsini aşağıdakı əsasların şərtləndirdiyini bildirib:

– Azərbaycanın rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev idi: qarşısına strateji məqsəd qoyan və analitik düşüncə tərzinə malik güclü, effektiv lider; yüksək və hərtərəfli təhsilli; parlaq diplomat və hərbi əməliyyatlar zamanı məlum olduğu kimi, hərbi strateq və komandan.

– Azərbaycanın siyasi sistemi, dövlət idarəçiliyi modeli həm sülh, həm də müharibə dövründə hakimiyyətin və xalqın səylərini qələbəyə yönəltmək vəzifələrinə yüksək səviyyədə cavab verirdi.

– Neft və qaz gəlirlərini rasional idarə etməyə və həm ölkənin inkişafı, həm də Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün lazımi maliyyə vəsaitlərinin ayrılmasına imkan verən səmərəli iqtisadiyyat.

– Ən yaxşı silahlarla, yüksək motivasiyalı hərbi personal və peşəkar zabit korpusu ilə təchiz edilmiş müasir, yüksək texnologiyalı, döyüşə hazır Ordu; avadanlıq, rabitə və döyüş idarəetmə sistemi, ən yüksək qiymətə layiq operativ planlaşdırma.

– Müharibənin ədalətli, azadetmə təbiəti. Xalqın və Ordunun yüksək əhval-ruhiyyəsi. Azərbaycan əsgər və zabitlərinin kütləvi qəhrəmanlığı.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt