“Zəng edib dedim ki, məndə şəkillərin var” – Tariyel Qurbanovu şantaj edənlər danışdı

Tanınmış prokuror Tariyel Qurbanovu şantaj edərək pul almaqda ittiham olunan hamam işçisi və digər şəxslərin məhkəməsi davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə kisəçinin qardaşı, şantaj yolu ilə prokurordan pulların alınmasında iştirak edən İlqar Əliyev ifadə verib. O bildirib ki, Tariyel Qurbanovu tanısa da, onu heç vaxt şantaj etməyib:

“Mən ümumiyyətlə, rayonda yaşamışam. Bakıya aradabir gəlib-gedirdim. Qardaşım deyirdi, Tariyel müəllim zəng edib sənə pul verəcək, get onu götür, mən də mesaj yazıb dəqiqləşmə aparıb pulu götürürdüm. Bir neçə dəfə isə kartıma pul köçürülüb. İttihamda deyildiyi kimi, mən Tariyel müəllimdən 5 min manat filan almamışam, o pulu mənə qardaşım maşın almaq üçün verib. Mən bilmirəm qardaşım pulu hardan əldə edib. Amma deyirdi ki, Tariyel müəllim ona köməklik edir.

Bir neçə dəfə isə mən polisə düşəndə Tariyel Qurbanov zəng edib məni bölmədən çıxartdırıb. Qardaşımın hansı hamamda nə işlədiyindən xəbərim yox idi. Sonuncu dəfə Tariyel Qurbanov mənə dedi ki, qardaşıma deyim ki, onu narahat etməsin. Mən də bunu qardaşıma çatdırdım.

Daha sonra digər təqsirləndirilən Natiq Nuriyev ifadə verib. İttihama görə, N.Nuriyev Tariyel Qurbanovdan üç dəfəyə 29 min manat pul alıb. O, cinayət əməlini qismən etiraf edib:

“Ümman Əliyev dostum olub. Bir dəfə ehtiyacım olanda Ümman mənə 2 min manat verdi. Dedi ki, şəxsi biznesim var, oradan qazanıram. Ümmanın Tariyel Qurbanovla tanışlığından məlumatım var idi. Bir dəfə gördüm ki, Ümman zəng edib Tariyel Qurbanovdan pul tələb edir. Mən də onun telefonundan Tariyel müəllimin nömrəsini götürdüm. Başladım şantaj eləməyə. Dedim ki, Ümmanın telefonu məndədir. Sənə aid şəkillər var, pul istədim. Bəli, mən Tariyel müəllimə hədə-qorxu gələrək pul istəmişəm. Lakin əlimdə ona aid heç bir rüsvayedici foto olmayıb. Bir dəfə mənə 1800 manat, sonra 8 min göndərib. Amma o pul mənə çatmayıb. Guya o pulu 4 nəfər arasında böləcəkdik. Yenə 4 min istəyəndə dedi ki, sizi tutduracam. İstintaqdakı ifadələrimi isə təsdiq etmirəm. Onu təzyiq altında vermişəm”.

Proses noyabrın 11-də davam etdiriləcək.

İstintaq tərəfindən Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, İlqar Əliyev, Ələkbər Nuriyev, Elnur Eldarov və Sahilə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib. Belə ki, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda, həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.

Məşhur prokuroru əsas şantaj edən şəxsin Ümman Əliyev olduğu bildirilir. İddialara görə, o, hamamda kisəçi-ofisiant işləyib. Tariyel Qurbanov isə həmin hamamın daimi müştərisi kimi Ümmanla orada tanış olub. Ü.Əliyevin ibtidai istintaqa verdiyi ifadə elan olunarkən göstərilib ki, Tariyel Qurbanovla əlaqə saxlayaraq onda fotoları olduğunu deyib və pul tələb edib. İstintaqda verdiyi ifadəsinə görə, Ümman Əliyev Tariyel Qurbanovdan 63 min manatdan çox pul alıb.

Qeyd edək ki, T.Qurbanov hazırda Abşeron rayon prokurorunun böyük köməkçisidir. O, sözügedən hadisə baş verərkən Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Xatırladaq ki, Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

otobet güncel girişdeneme bonusu veren siteler 2024istanbul escortonwinmatbetjojobet güncel girişjojobetgrandpashabet 2198jojobet güncelextrabetistanbul escort bayanholiganbetjustintvjojobetbetebetdumanbetdumanbetdumanbetbetistsekabet girişasyabahiscasibomCasibom giriş adresicasibom yeniCasibom giriş adresiGrandpashabetGrandpashabetSpincofixbetdumanbetdumanbetdeneme bonusu veren sitelermarsbahisjojobet girişcasibom güncelcasibom girişJojobetbakırköy escortAtaşehir Escortextrabetjojobet güncel girişextrabetjustintvsekabet güncel girişmarsbahisgüvenilir bahis siteleritümbet girişjojobet güncel girişsahabetjojobet güncelcasibom 715 girişmatbet güncel girişCasibom giriş adresingsbahiselexbetbahigojojobet girişmarsbahis güncel girişjojobet girişjojobet girişgrandpashabet güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişsahabet güncel girişbetcupvbetultrabet güncel girişdumanbethiltonbetextrabetsafirbetbetmoonhiltonbetmeritbet güncel girişonwin güncel girişhiltonbetPusulabet güncel girişbetparkartemisbet güncel girişankara escortcasibom güncel girişcasibombetpasrestbet güncel girişmarsbahisjojobetmatadorbetsahabetmatadorbetsahabetmeritbetMeritkingpusulabet güncel girişmatbet güncel girişbetwoonbetwoonultrabetGrandpashabetgrandpashabetsekabet girişholiganbetjokerbet güncel girişselcuksportssahipleniyorumonwinzbahisimajbet güncel girişcasibommarsbahisBalçova Escortbetturkeymatadorbetbetturkey girişcasibomCASİBOMbettilt girişcasibom girişJojobet girişimajbet güncel girişimajbettümbet girişcasibom girişcasibom girişsahabet güncel girişbetriversbingo blitz freebetandyou girisjojobet girişimsha rehman leakdeneme bonusu veren sitelercasibom girişultrabet güncel girişcasibom girişGrandpashabetbetwooncasino sitelericasibomtuzla escortcasibomGebze Escortbaywin girişbaywinbetcioGrandpashabetcasinolevantbettiltultrabetjackpot partyonwinonwin girişdeneme bonusu veren sitelergrandpashabetcasibomcasibom girişganobetganobetultrabetultrabet