Cümə axşamı, Yanvar 1, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Siyasət

Xəyanətin iflası

05 Dekabr, 25 / 14:42
A A

“Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycan tarixi Zəfər və dövlət suverenliyinin tam bərpasının yaratdığı reallıqlar fonunda yeni dövrün hədəflərinə doğru inamla addımlayır. Təbii ki, bugünkü uğurlarımız keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar tariximizin qara səhifəsi kimi xatırlanır. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə Azərbaycan böyük faciələrlə üz-üzə qaldı. Ölkəmiz müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşadı. Belə bir çətin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan inkişaf yoluna çıxdı, bugünkü uğurlarımız üçün möhkəm təməl yarandı. Son 22 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı daha da gücləndirdi. Uğurlarımızın zirvəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə və ölkəmizin ərazi bütövlüyünün bərpası dayanır. Bu uğurlarımıza qısa nəzər salmağımız səbəbsiz deyil. Azərbaycanın uğurlarını həzm edə bilməyən daxili bədxahlarımız daim antiazərbaycan qüvvələrin maraqlarının həyata keçirilməsində bir vasitəçiyə çevrilib. Radikallığı özlərinə bir fəaliyyət istiqaməti kimi seçən ünsürlər milli maraqlarını şəxsi ambisiyalarına qurban verməklə xəyanətkar əməlləri ilə hər zaman ictimai qınaqla üzləşiblər. Ramiz Mehdiyevin əhatəsində sıx birləşən Əli kərimlilərin, cəmil həsənlilərin, gültəkin hacıbəylilərin dövlətə xəyanətləri ilə bağlı üzə çıxan faktlar onların kimliyini bir daha ictimaiyyətə təqdim edir. Hakimiyyəti zorla ələ keçirməyə yönələn cəhdlər, eyni zamanda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi çərçivəsində Əli Kərimli barəsində araşdırmalar bir sıra qaranlıq məqamlara işıq salır. Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli də hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunur. Əli Kərimli ilə Ramiz Mehdiyevin çevriliş planında iştirak edənlərin sırası genişlənməkdədir”.

Mecra.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, şəxsi ambisiyaların bir araya gətirdiyi Ramiz Mehdiyev-Əli Kərimli-Gültəkin Hacıbəyli-Cəmil Həsənli birliyinin hakimiyyəti ələ keçirmək planları ölkə mətbuatında geniş şərh edilir: “Araşdırmalar əsasında yeni faktlar ortaya çıxır. O da məlumdur ki, 2013-cü ildə ölkəmizdə keçirilən prezident seçkiləri ərəfəsində Rusiyadakı antiazərbaycan dairələri tərəfindən meydana çıxarılan milli şuranın yaradılması, ondan sonrakı hadisələr qurumun məqsəd və məramını ictimaiyyətə çatdırdı. Davamlı şəkildə keçirilən məqsədli mitinqlərdə səsləndirilən çağırışları yada salmaq kifayətdir. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları açıqlanır. Belə ki, onun davamlı mitinqlər çağırışının icraçısı qismində çıxış edən Əli Kərimlidən tələb bu olub ki, “ənənəvi müxalifət daim ön planda olmalıdır”. O da məlumdur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evində apardığı axtarış zamanı aşkarlanan məktub da siyasi gündəmin əsas müzakirə mövzularından birinə çevrilməklə bır sıra məqamlara aydınlıq gətirdi. Axtarış zamanı Əli Kərimlinin evində Ramiz Mehdiyevin Rusiyaya ünvanladığı müraciətin ilkin variantı da üzə çıxdı. Aşkarlanan müraciət mətni Əli Kərimlinin fəaliyyəti ilə bağlı ciddi məqamları təqdim edir”.

Malik Həsənov onu da vurğulayıb ki, AXCP və milli şuranın maliyyələşməsində Rusiyada yaşayan azərbaycanlılardan istifadə olunması faktlarla təsdiqlənib: “Ramiz Mehdiyev-Əli Kərimli ittifaqının kökləri açıqlanır. Son araşdırmalar da göstərir ki, Ramiz Mehdiyev və Əli Kərimli arasında gizli görüşlər, məxfi məlumat mübadiləsi həyata keçirilsə də, məkrli “Dövlət Şurası” planı baş tutmayıb”.

Deputat qeyd edib ki, Vətənə, dövlətə xəyanət heç kimə başucalığı gətirmir: “Şəxsi ambisiyalarının quluna çevrilən bu ünsürlər xüsusi təlimatlar əsasında ölkədə çevriliş etməyə, xaos yaratmağa çalışıblar. Hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Azərbaycan hüquqi dövlətdir. Hər bir dövlətin müstəqilliyi, təhlükəsizliyi və sabitliyi üçün xüsusi xidmət orqanları müstəsna rol oynayır. Bu baxımdan Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətini xüsusi qeyd etməliyik. Bu fəaliyyət çərçivəsində Dövlət Təhlükəsizliyi Xidməti xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qarşısının alınması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirir”.

Malik Həsənov bildirib ki, hazırda cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də sədrinə ağır ittihamlar irəli sürülən bir partiyanın fəaliyyət göstərməsinin mümkünsüzlüyüdür. Hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunan Əli Kərimlinin tutduğu yol onun rəhbərlik etdiyi AXCP-nin məkrli fəaliyyətindən xəbər verir. Belə bir partiyanın Azərbaycan siyasi sistemində mövcudluğuna heç bir əsas yoxdur. Sular durulur, xəyanətkarlar ictimaiyyətə təqdim edilir.

Əvvəlki yazı

Mən yolumu sevib azdım... – Azər Mirzənin şeirləri

Növbəti yazı

Azərbaycanda 21 peşə təhsili müəssəsi tikiləcək - SƏRƏNCAM

XƏBƏR LENTİ

Bakıda bayram günü əkizlər doğuldu - FOTO

Bakıda bayram günü əkizlər doğuldu - FOTO

Yanvar 1, 2026
Bəzi yollar buz bağlayacaq

Bəzi yerlərdə yollar buz bağlayacaq - Xəbərdarlıq

Yanvar 1, 2026
Cəlilabadda 17 yaşlı oğlan bıçaqlandı

Cəlilabadda 17 yaşlı oğlan bıçaqlandı

Yanvar 1, 2026
Gələn ildən pensiya yaşı artırılır

Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabər olacaq

Yanvar 1, 2026
"Bu dünyada hər şey borcdu..." - Gülbala Teymurun şeirləri...

"Bu dünyada hər şey borcdu..." - Gülbala Teymurun şeirləri...

Yanvar 1, 2026
Polis əməkdaşları azyaşlını belə xilas etdi - VİDEO

Polis əməkdaşları azyaşlını belə xilas etdi - VİDEO

Yanvar 1, 2026
Yanvarda hava necə olacaq?

Yağış, qar... - Sabahın havası

Yanvar 1, 2026
Prezident Kəlbəcər Şəhəri Günü ilə bağlı paylaşım etdi – VİDEO

İlham Əliyev onları təbrik etdi

Yanvar 1, 2026
İlham Əliyev xalqa müraciətindən paylaşım etdi - VİDEO

İlham Əliyev xalqa müraciətindən paylaşım etdi - VİDEO

Yanvar 1, 2026
Qubanın ən ucqar kəndində Yeni il ovqatı - VİDEO

Qubanın ən ucqar kəndində Yeni il ovqatı - VİDEO

Yanvar 1, 2026
Ət bazarında canlanma: Qiymətlər ucuzlaşacaqmı? - VİDEO

Ət bazarında canlanma: Qiymətlər ucuzlaşacaqmı? - VİDEO

Yanvar 1, 2026
Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib

Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib

Yanvar 1, 2026
"Heç kimin qarşısında baş əyməmişik..." - Prezident

"Heç kimin qarşısında baş əyməmişik..." - Prezident

Yanvar 1, 2026
"Hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir..." - İlham Əliyev

"Hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir..." - İlham Əliyev

Yanvar 1, 2026
Bu institutun əməkdaşları təltif edildi - Siyahı

Prezident xalqa müraciət etdi - VİDEO

Yanvar 1, 2026
Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR

Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR

Dekabr 31, 2025
"At ili" nələr vəd edir?

"At ili" nələr vəd edir?

Dekabr 31, 2025
Bəzi yollar buz bağlayacaq

Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Dekabr 31, 2025
DYP-dən sürücülərə - Xəbərdarlıq+VİDEO

DYP küləkli hava ilə bağlı sürücülərə çağırış etdi

Dekabr 31, 2025
Güclü külək nə vaxtadək davam edəcək?

Güclü külək nə vaxtadək davam edəcək?

Dekabr 31, 2025
Bakıdan Lerikə gedənlər qəzaya düşdü - 6 nəfər xəstəxanaya yerləşdirildi

Bakıdan Lerikə gedənlər qəzaya düşdü - 6 nəfər xəstəxanaya yerləşdirildi

Dekabr 31, 2025
Qar yağacaq - Sabahın havası

Təzə ilin ilk günü hava necə olacaq? - Proqnoz

Dekabr 31, 2025
Mehriban Əliyevadan təyyarə qəzasının ildönümü ilə bağlı paylaşım - FOTO

Meriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım etdi - FOTO

Dekabr 31, 2025
Beş günlük bayram tətili başladı

Beş günlük bayram tətili başladı

Dekabr 31, 2025
Həmrəylik Günüdür

Həmrəylik Günüdür

Dekabr 31, 2025
“Türk dünyası özünün yüksəliş dövrünü yaşayır”

Prezidentdən bayram paylaşımı - FOTO

Dekabr 30, 2025
Ziyalılığın estetikası - Aydın Hüseynov yazır...

Ziyalılığın estetikası - Aydın Hüseynov yazır...

Dekabr 30, 2025
Rafiq Cəlilov Cəlilabad sakinlərini təbrik etdi

Rafiq Cəlilov Cəlilabad sakinlərini təbrik etdi

Dekabr 30, 2025
İcra başçısı Cəlilabad şəhərində abadlıq işlərinin gedişi ilə tanış oldu - FOTOLAR

İcra başçısı Cəlilabad şəhərində abadlıq işlərinin gedişi ilə tanış oldu - FOTOLAR

Dekabr 30, 2025
Keçmiş icra başçısı azadlığa buraxıldı

Keçmiş icra başçısı azadlığa buraxıldı

Dekabr 30, 2025
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.