16 yaşlı qızı öldürən nişanlısı tutuldu…

XƏBƏR XƏTTİ
Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•

Bu gün Abşeron rayonu Hökməli qəsəbəsində 16 yaşlı qızın boğazını kəsərək qətlə yetirən şəxs tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məscidin qarşısında H.Rəcəbovanı qətlə yetirən şəxsin 1996-cı il təvəllüdlü Həsənov Murad İlham oğlu olması müəyyən edilib. Abşeron RPİ Qobu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, Murad Həsənov 16 yaşı dekabrda tamam olacaq H.Rəcəbova ilə nişanlı olub. O bildirib ki, hadisəni qısqanclıq zəminində törədib.

Araşdırmalar davam etdirilir.

Abşeron rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, bu gün 2006-cı il təvəllüdlü qızın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin nişanlısı, 1996-cı il təvəllüdlü Murad Həsənovun bıçaqla onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Murad Həsənov şübhəli şəxs qismində tutulub. İstintaq davam edir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt