Bakıda qardaş bacısını vatsap “status”una görə bıçaqladı

XƏBƏR XƏTTİ
Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi olub.

Məcra.az “APA”ya istinadən xəbər verir ki, Komsomol dairəsi kimi tanınan ərazidə qardaş bacısını bıçaqlayıb.

Belə ki, Asəf Əsədullayev küçəsində 1986-ci il təvəllüdlü Əhmədova Şəhanə Mərdan qızı həyat yoldaşı ilə birgə evə gələrkən qardaşı onları qarşılayıb.

Ş.Əhmədovanın qardaşı bıçaqla onun kürəyinə iki bıçaq zərbəsi vurub.

Əri mübahisənin qarşısını almaq istəyərkən Ş.Əhmədovanın qardaşı bildirib ki, o vatsap “status”unda (hekayə bölməsi) paylaşım etdiyinə görə bu əməli törədib.

Qadın 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hələlik “status”un nədən ibarət olduğu bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt