SEPAH bu gün Azərbaycanla sərhəddə – Araz çayı boyunca təlimlərə başlayıb: İranın bu təlimlərinin hədəfi haqda yazmışdıq.
Təlimdə hansı ssenarinin tətbiq ediləcəyi də açıqlanıb: helikopter-paraşüt əməliyyatı, gecə hücumu, helikopter döyüşü, PUA-ların istifadəsi, nəqliyyat/rabitə xətlərinin ələ keçirilməsi və nəzarət, strateji yüksəkliklərin ələ keçirilməsi və Araz çayı üzərində körpünün inşa edilməsi.
İran ordusu Azərbaycan sərhədində bu ssenarini məşq edəcək. Ən diqqətçəkən məqam Araz çayı üzərindən körpünün inşa edilməsinin də təlimə daxil edilməsidir. Bu, sərhədə toplanan ordunun Araz çayı üzərindən Azərbaycan ərazisinə keçə biləcəyinin mesajı, eyni zamanda, inşa ediləcək körpü, yaxud körpülər üzərindən keçərək, müdaxilə edə biləcəklərinə işarədir.
Mollalar açıq şəkildə Azərbaycanı təhdid edir. Araz çayı boyunca Azərbaycan-Türkiyə birgə təlimlərinin keçirilməsi bu təhdidlərə tutarlı cavab olardı. Axar.az