Salyan polisi 15 yaşlı qızın ərə verilməsinin qarşısını aldı

XƏBƏR XƏTTİ
Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•

Polis Salyanda yetkinlik yaşına çatmayan qızın ərə verilməsinin qarşısını alıb.

“Kriminalqafqaz”ın məlumatına görə, ötən gün Salyan Rayon Polis Şöbəsinə (RPŞ) Seydan kənd sakini Şəhriyar Quliyevin 2007-ci il təvəllüdlü qızı ilə 1999-cu il təvəllüdlü həmkəndlisi arasında Qarabağlı kəndində yerləşən şadlıq sarayında toy mərasimi təşkil etmək istəməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, dərhal Salyan RPŞ tərəfindən məsələyə müdaxilə edib: “Polis əməkdaşları hər iki tərəfin valideynləri ilə görüşüb. Onlarla profilaktik və izahedici söhbətlər aparılıb. Azyaşlının nikaha girməsinin ciddi qanun pozuntusu olması onların nəzərinə çatdırılıb. Bununla da toy mərasimin qarşısı alınıb. Hər iki tərəf polis əməkdaşlarının xəbərdarlığını anlayışla qarşılayıblar. Valideynlər söz veriblər ki, qız yalnız 18 yaşına çatandan sonra toy mərasimi təşkil olunacaq”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt