12 noyabr – Konstitusiya Günüdür

XƏBƏR XƏTTİ
Görmə məsafəsi 1000 metrədək məhdudlaşacaq•Dekabrda neçə gün iş olmayacaq?•“Dədəm, xoş gəldin, xoş gəldin!” – Əsəd Cahangirin Ərdoğana yazdığı şeir•Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb•İnsan azadlıqlarının təminatı•Zəmanəmizin taleyüklü hadisəsi•Dövlət quruculuğunun köklü prinsipləri•Əbu-Dabidə üçtərəfli görüşlər başladı – Yenilənib•Görmə məsafəsi 1000 metrədək məhdudlaşacaq•Dekabrda neçə gün iş olmayacaq?•“Dədəm, xoş gəldin, xoş gəldin!” – Əsəd Cahangirin Ərdoğana yazdığı şeir•Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb•İnsan azadlıqlarının təminatı•Zəmanəmizin taleyüklü hadisəsi•Dövlət quruculuğunun köklü prinsipləri•Əbu-Dabidə üçtərəfli görüşlər başladı – Yenilənib•

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ümummilli Lider Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Konstitusiya Gününüz mübarək olsun!

Münasib  Həsənov,

Cəlilabad Rayon  İcra Hakimiyyətinin əməkdaşı

                                                               

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt