Azərbaycan bayrağı müstəqillik ruhumuzu qanadlandırır

XƏBƏR XƏTTİ
İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib•Günün fotosu•“Heç kimə imkan vermərik ki, aramıza girsin”•“Qardaşlığımızı sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar”•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib•Günün fotosu•“Heç kimə imkan vermərik ki, aramıza girsin”•“Qardaşlığımızı sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar”•

Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Dövlətimizin müstəqilliyinin, suverenliyinin rəmzi olan bayrağın təsis edilməsi birdən-birə baş verməyib, bunun zəngin tarixçəsi var. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.  Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə sadiqliyimizi nümayiş etdirir.

Azərbaycanda bayrağımız daim təbliğ olunur, ona sevgi aşılanır. 2007-ci ilin noyabrın 17-də Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Bakıda Dövlət Bayrağı meydanı yaradılması barədə sərəncam imzalayıb. Həmin sərəncama əsasən 2007 –ci ilin dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Dövlət bayrağı Meydanının təməli qoyulub. 2010-cu ilin sentyabrın 1-də Dövlət Bayrağı Meydanının İlham Əliyevin iştirakı ilə açılışı olub.

Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra dövlət bayrağı milli suverenliyin rəmzi kimi ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs dövlət atributlarından birinə çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu gün hündürlükdə dalğalanan üçrəngli bayrağımız möhtəşəmliyi ilə görənləri heyran edir. Dünyanın hər yerindən ölkəmizə gələn qonaqlar dövlətimizə yüksək hörmət və ehtiram əlaməti olaraq Bayraq Meydanını ziyarət edirlər.

Fəttah Kərimov,

 Cəlilabad Rayon İcra Hakimiyyəti  başçısının Uzuntəpə kənd

  inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt