Narkotik qəbul edən marşrut sürücüsü həbs edildi – FOTO

XƏBƏR XƏTTİ
Oktyabrın son günü yağış yağacaq•Narkotik qəbul edən marşrut sürücüsü həbs edildi – FOTO•Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq – FOTOLAR•Yeni Ombudsman namizədləri onlardır•Hikmət Hacıyev “AnewZ”un yeni filmini paylaşdı – VİDEO•Tovuzda ağır qəza – 3 nəfərin vəziyyəti ağırdır•Bakıda yük maşını qəza törətdi – VİDEO•Paytaxtın bu rayonlarında işıq olmayacaq – Xəbərdarlıq•Oktyabrın son günü yağış yağacaq•Narkotik qəbul edən marşrut sürücüsü həbs edildi – FOTO•Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq – FOTOLAR•Yeni Ombudsman namizədləri onlardır•Hikmət Hacıyev “AnewZ”un yeni filmini paylaşdı – VİDEO•Tovuzda ağır qəza – 3 nəfərin vəziyyəti ağırdır•Bakıda yük maşını qəza törətdi – VİDEO•Paytaxtın bu rayonlarında işıq olmayacaq – Xəbərdarlıq•

Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

Mecra.az xəbər verir ki, DİN-in Baş DYP İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən Zaqatala rayon sakini Elvin Məmmədov “Daewoo” markalı avtobusu idarə edərkən manevr qaydalarını pozduğu üçün saxlanılıb.

Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və fakt öz təsdiqini tapıb.

E.Məmmədov barəsində toplanmış materiallar məhkəməyə göndərilib və o, 20 gün müddətində inzibati qaydada həbs olunub.

Sərnişinlərin həyatı üçün hər an təhlükə yarada biləcək hadisənin qarşısı vaxtında alınsa da, Baş Dövlət Yol Polisi İdarəsi bir daha sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək, onları bu sahədə daha kəsərli tədbirlər görməyə, sükan etibar etdikləri sürücülərlə bağlı qanunvericiliyə uyğun nəzarət tədbirlərini gücləndirməyə çağırır.

Qeyd edək ki, həbs edilən sürücü 156 saylı marşrut xətti üzrə avtobusda sürücü kimi çalışıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt